Baxın görün təhlükəsizlik yastığı zərbədən sonra insanı nə hala salır - VİDEO

Bəzən avtomobildə hərəkət edən sürücülər və sərnişinlər hava yastığına arxayın olub təhlükəsizlik kəmərindən istifadə etmirlər. Avtosfer.az bildirir ki, müasir avtomobillərində bəzən kəmər taxılmadıqda hava yastığı qəza anında açılmaya bilər. Bundan əlavə, hava yastığı əksər hallarda zərbənin təsirindən və dəydiyi nöqtədən asılı olaraq açılır. Avtomobilin qabaq künc hissəsindən elə bir zərbəyə tuş gələ bilərsiniz ki, yastıqlar açılmaz. Çünki yastıqlar yalnız qabaqqabağa toqquşmada işə düşür.
Digər tərəfdən, avtomobil aşarkən də yastıqların açılması baş verməyə bilər. Ona görə ki, yastıqlar əksər hallarda ya qarşı-qarşıya zərbədə, ya da yandan vurulan zərbə anında açılır. Aşma zamanı isə bəzən avtomobil sadəcə havada fırlanıb arxası üstüə düşür ki, bu zaman yastıqların qoşulduğu sistem zərbəni hiss etmir və nəticədə yastıq açılmır. Odur ki, təhlükəsizlik kəmərinin taxılması olduqca vacibdir.
Bundan əlavə, bəzən avtomobildə olan sərnişinlər düzgün oturma qaydası seçmirlər. Avtosfer.az-ın təqdim etdiyi videoda düzgün oturmayan sərnişinlərin qəza anında hansı hala düşə biləcəyi əks olunur. Bu zaman ayaqlar və qollar sına bilər. Odur ki, hər bir halda kəməri taxıb düzgün oturma qaydasına fikir vermək lazımdır. Avtomobildə çəpəki oturmaq, ayaqları qatlayıb oturmaq, ayaqları şitin üzərinə qoymaq təhlükəlidir. Unutmayın ki, qıza bir göz qırpımında baş verir və siz o anda özünüzü normal vəziyyətə gətirməyə imkan tapmayacaqsınız...
Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












