Bayramda yollarda qəzadan uzaq qalmağın 8 qızıl qaydası - Açıqlandı

"Sürücü dostlar, ötən illərin ağır statistikası göstərir ki, bayram günlərində yollarımızda daha çox və daha təhlükəli qəzalar baş verir. Bunun adi haldakından fərqli səbəbi bayram günlərində yollarda daha intensiv hərəkət olmasıdır. Amma diqqətli və təcrübəli sürücü ən pis yolda və ən mürəkkəb hərəkət şəraitində də qəzasız keçinə bilir". Avtosfer.az xəbər verir ki, bunu yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib. Ekspert bayram günlərində xəta-bəlasız keçinmək üçün bəzi tövsiyələrini verib: "
1. Yol hərəkətinin bütün qaydalarına riayət edin. Ən sadə və asan görünən şəraitdə belə bu qaydaları pozmayın, ani sürprizlə üzləşə bilərsiniz.
2. Yollarda eqoistlik, başqa hərəkət iştirakçılarını qıcıqlandıran hərəkətlər və manevrlər etməyin. Belə hallar sürücülərin əksəriyyətini aqressivləşdirir, onlar da eynisini edəndə qəzalar qaçılmaz olur.
3. Sürət rejimini pozmayın, qadağan olunan yerlərdə ötmə manevri etməyin, başqa hərəkət iştirakçıları üçün gözlənilməz ola bilən manevrlərdən çəkinin. Nəzərə alın ki, yollarımızdakı qəzaların mütləq əsəriyyəti məhz bu zəmində baş verir.
4. Yorğunsunuzsa, alkoqol qəbul etmisinizsə, sükandan uzaq durun.
5. Nasaz avtomobillərlə yola, xüsusən də uzaq yollara çıxmayın. Qış vaxtı, soyuqda yolda qalmaq özü ayrıca bir təhlükədir.
6. Qarli-buzlu şəraitdə sürmək səriştəniz və təcrübəniz yoxdursa, belə yerlərə avtomobil sürərək getməyin. Avtomobillə gedəsi olduqda isə belə şəritdə etibarlı hərəkət edə bilən, qış təkərləri olan avtomobil seçin, hər ehtimala qarşı təkər zənciri götürün. Nəzərə alın ki, qarda-buzda sürüşməyən avtomobil və təkər yoxdur, ona görə də çox ehtiyatlı olun.
7. Alkoqol qəbulundan sonra "Ayıq sürücü" xidmətindən istifadə edin. Bu zaman avtomobilinizi tam olaraq parklanma yerinə, hətta şəxsi qarajınıza qədər ayıq sürücü sürüb gətirsin.
8. Ən başlıcası, uzaq yola çıxanda zamana qənaət etmək fikrini ağlınıza da gətirməyin. Reallıqda uzağı yarım saat qabağa düşə bilərsiz, amma bu yarım saat sizə ən azı bir neçə cərimə protokolu hesabına başa gələ bilər.
Hər bir halda çox diqqətli, nəzakətli olun, bir-birinizə qarşılıqlı hörmət edin. Unutmayın ki, yolda xırda bir səhviniz taleyinizi dəyişə bilər".
Fidan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












