Belçikadan oğurlanmış maşın Azərbaycanda satıldı - VİDEO

Kreditlə aldığı avtomobil oğurluq çıxıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxt sakini Mövsüm Həsənovun başına gəlib. Zərərəçəkmişin sözlərinə görə, ötən il bazardakı mağazalardan birindən minik avtomobili alıb. Bu ilin mart ayında Gürcüstana gedərkən həmin ölkənin sərhəd xidmətinin əməkdaşları Mövsüm Həsənovu saxlayıblar və ona deyiblər ki, avtomobil 2013-cü ildə Belçikadan oğurlanıb və interpol vasitəsi ilə axtarışa verilib.
Amma sonradan bank zərərçəkmişə dəymiş ziyanı ödəməyib. Təxminən 12 min 500 manat ziyana düşən Mövsüm Həsənov məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, həmin avtomobil 2013-cü ildə Azərbaycana gətirilib və 2 sentyabr tarixində qeydiyyata salınıb. Təxminən 17 gündən sonra isə həmin avtomobil interpol vasitəsi ilə axtarışa verildiyi üçün maşının Bakıdakı ilk sahibi polisə dəvət edilərək araşdırmalara başlanıb.
Kamran Əliyev bildirdi ki, bəzi Avropa ölkələrində belə hallara rast gəlinir. Sahibi öz istəyi ilə maşını başqa dövlətə satdıqdan sonra polisə şikayət edir ki, maşınım oğurlanıb. Burada məqsəd sığorta şirkətindən dəymiş ziyanı almaqdır. Şöbə rəisi güman edir ki, bu da eynilə belə bir fakt olub. Bəs avtomobilin aqibəti necə olacaq, və bu avtomobil Mösüm Həsənova qaytarılacaq?
Əgər interpol avtomobili axtarışdan çıxararsa, Gürcüstan tərəfi maşını Mövsüm Həsənova qaytaracaq.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












