Belə qayda pozan sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

Respublika əhəmiyyətli yolda hərəkət edən yük avtomobili sürücüsünün səhlənkarlığı barədə çəkilmiş videogörüntünü izləyicilərdən biri Avtosfer.az-a göndərib. Belə ki, "Shacman" markalı, 99 DR 071 dövlət nömrə nişanlı avtomobilin sürücüsü daşıdığı qumun yerə dağılmasına əhəmiyyət verməyərək hərəkətini davam etdirirdi. Bu cür yük daşıma qanunvericiliklə qadağandır. “Yol hərəkəti haqqında” qanunun 57-ci maddəsinin III hissəsinin 5-ci bəndində qeyd olunub ki, daşınan yük ətraf mühiti çirkləndirməməlidir. Bu qaydanı pozan sürücüləri isə 40 manat məbləğində cərimə gözləyir.
Yük avtomobillərinin sürücülərinə bildiririk ki, bu cür tez dağılan yükləri daşıyan zaman onların yerə dağılmamasına xüsusi nəzarət etməlidirlər. Çünki bu cür məsuliyyətsizlik ətraf mühiti çirkləndirməkdən əlavə, həm də ağır yol nəqliyyat hadisələrinə gətirib çıxara bilər.
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












