Benzin alan sürücülər belə aldadılır - Kütləvi şikayət

Azərbaycanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən (YDM) daxil olan şikayətlər səngimək bilmir, sürücülər aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar. Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur. Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir...
Ekspertlər deyir ki, şəhər şəraitində hərəkətə görə avtomobil üçün əlavə 5-10% yanacaq sərfi norma olaraq nəzərdə tutulur. Çünki şəhərdə hərəkət intensivliyi, tıxaclarda dayanma, kəsişmələrdə, işıqforlarda ləngimələrə görə əlavə yanacaq sərf oluna bilər.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov modern.az-a deyib ki, yanacaq sərfinə benzinin keyfiyyəti də təsir göstərir: "Hər gün yanacaqdoldurma məntəqlərindən şikayətlər alırıq. Əhali əsasən avtomobilin "forsunka"sının tez bir zamanda sıradan çıxmasından şikayətçidir. Problem hətta zəmanətlə götürülmüş yeni avtomobillərdə özünü biruzə verir. Servislərdə "forsunka"nın tez sıradan çıxmasının səbəbini benzində görürlər".
"Çənə benzin əvəzinə hava vururlar"
AİB rəsmisi eyni zamanda, yanacaq doldurarkən kəmiyyət və keyfiyyətdə aldadılma ilə bağlı narazılıqlar olduğunu qeyd edib: "Çox təəssüflər olsun ki, bu sfera çox qeyri-şəffafdır. Yanacaqdoldurma məntəqlərinin heç birində ictimai nəzarət yoxdur. Yanacaqdoldurma məntəqələrində üzərində bölgü olan menzurka olmalıdır. Vətəndaş alacağı benzini birinci növbədə o qaba tökdürməlidir. Menzurka ilə benzin vurularkən onun həcmini açıq şəkildə görə biləcək. Məsələn, 70 qəpik verib bir litr benzin almaq istəyirsənsə, həmin menzurka ilə onun həcmini ölçə bilərsən. Amma təəssüf ki, heç bir məntəqədə menzurka qoyulmur. Uzun şlanqların içərisində qalan benzin avtomobilin çəninə yox, geri qayıdır. Bu səbəbdən də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi menzurkanın açıq yerə qoyulmasına şərait yaratmalıdır".
"YDM-lərdə Azərbaycanda olmayan benzin satılıb"
E.Hüseynov bildirib ki, daha çox SOCAR, "Lukoyl"dan şifahi şikayətlər alır:
"Rövnəq Abdullayev bir müddət əvvəl açıqlamışdı ki, Azərbaycanda Aİ-95 markalı benzin istehsalı yoxdur. Amma həmin açıqlama verilən ərəfədə yanacaqdoldurma məntəqələrinin bəzilərində Aİ-95 markalı yerli benzin satılırdı. Bizə daxil olan şikayətlərdə benzinin oktanının yüksək göstərilməsi də yer alır. Etiraf etmək lazımdır ki, benzinə "solyarka" və su qarışdırılması erası bitib. Hazırda avtomobil çənlərinə benzin əvəzinə hava vurulması faktları var. Benzin nəzərdə tutulan təzyiqdən çox vurulanda hava da daxil olur. Bu da avtomobil motorlarının, "forsunka"ların tez sıradan çıxmasına gətirib çıxarır. Təəssüflər olsun ki, servislər motor və "forsunka"nın hansı səbəbdən sıradan çıxmasına dair rəsmi kağız vermir".
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininmətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə modern.az-a deyib ki, bu sahədən kütləvi şikayət almayıblar:
"Biz səlahiyyətimiz çatan bütün sahələrdə şəffaflığın təmin olunmasında maraqlıyıq. Məhz bu səbəbdən də yanacaqdoldurma məntəqələrindən cəmi 1 şikayət almışıq. Bu da yanacaqdoldurma məntəqəində avtomobilin çəninə vurulan benzinin həcmi ilə bağlı olub".
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











