Benzinin ucuzlaşması üçün 4 mühüm səbəb var

İqtisadçı ekspert Vüqar Bayramov SOCAR prezidenti Rövnəq Abdullayevin Azərbaycanda benzinin qiyməti ilə bağlı dediyi fikirlərə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, SOCAR və Tarif Şurası Azərbaycanda benzinin qiymətinin azaldılmasının gündəmdə olmadığını və hətta ölkəmizdə yanacağın ABŞ ilə müqayisədə çox ucuz olduğunu açıqlayıblar: “Əvvəlla, “Premium Euro-95” və “Aİ-98” markalı benzinin qiyməti Birləşmiş Ştatlar ilə müqayisədə bizdə ucuz deyil, əksinə bahadır. Yerli istehsal olan “Aİ-92” benzinin qiyməti isə Azərbaycanda ABŞ-a nisbətən heç də çox ucuz deyil. Belə ki, ABŞ-da bütün ştatlar nəzərə alınmaqla bir qallon benzinin orta qiyməti 1.822 dollardır. Bu isə o deməkdir ki, benzinin 1 litrinin qiymət cəmi 48 ABŞ sentidir. Azərbaycanda isə 1 litr daxili istehsal benzinin qiyməti son devalvasiyadan sonra manat ifadəsində dəyişməsə də, dollar ifadəsində 45 sentə düşüb. Deməli, fərq çox yox, sadəcə 3 sentdir.
İkincisi, 3800 dollar orta aylıq əmək haqqıya malik olan ABŞ-da gündəlk 5 litr benzindən istifadə edən vətəndaşın xərci ümumi gəlirinin cəmi 1.9 faizni təşkil edirsə, bu göstərici bizdə 21 faizə bərabərdir. Yəni, gündəlik benzin sərfi 5 litr olan orta Azərbaycan vətəndaşı öz gəlirinin 1/5-dən çoxunu yanacağa xərcləyir.
Üçüncüsü, benzinin qiyməti ilə neftin dünya bazar qiyməti arasında əlaqənin olduğunu kimsə iddia etmir və əslində, neft özümüzün olduğu üçün qiymətin aşağı salınmasına ehtiyac var.
Dördüncüsü, yanacağın ucuzlaşması büdcəyə bu mənbədən birbaşa daxilolmaları azaltsa da, dolayı gəlirləri artırdığı üçün nəticədə qazanan tərəf elə büdcə özü olacaq. Nəhayət, bəyəm bütün bunlar benzinin ucuzlaşdırılması üçün ciddi əsaslar deyilmi?”.
Fidan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












