Bərbad vəziyyət: "Heyvan keçidindən istifadə edirik" – FOTO+VİDEO

Qazax istiqamətindən gələn nəqliyyat vasitələri Hacıqabulun Padar qəsəbəsinə daxil olmaqda çətinlik çəkir. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, Bakı istiqamətindən gələn avtomobillər isə çətinlik yaşamır. Lakin paytaxt istiqamətində hərəkət edən avtomobillər Padara dönmək üçün 24 km artıq məsafə qət etməli olur. Amma piyadalar və sürücülər özlərinə çıxış yolu tapıblar. Belə ki, onlar yeraltı heyvan keçidindən istifadə edirlər. Yerli sakinlər keçidin durumunun da normal olmadığını bildirirlər.
Ələsgər Ələkbərov (sakin): "Bizim keçməyə yerimiz yoxdur. Heyvan keçidindən istifadə edirik. Buradan heyvanlar da keçə bilmir, camaat nə etsin?!"
Sakinlərin sözlərinə görə, təcili yardım və yanğınsöndürən maşınların da qəsəbəyə girişi çətindir. İcra nümayəndəsi Mətləb Səfərov isə bildirib ki, mövcud qurumlara məsələ ilə bağlı dəfələrlə xəbər verilib: "Bu yol çəkiləndə Padara giriş-çıxış üçün yer göstərilmişdi. Lakin son məqamda edilən dəyişikliklərdən sonra giriş ləğv edilib". "Azəravtoyol"un mətbuat katibi Anar Nəcəfli isə bildirir ki, keçidlərin və geridönmələrin inşası layihəyə əsasən həyata keçirilir: "Layihə üzrə müəyyən hissələr nəzərdə tutulur. Hansılar ki, nəzərdə tutulub onlar inşa olunub. İnsanlar bir az məsafə qət edərək yol qovşaqlarından istifadə edərək təhlükəsiz şəkildə keçə bilərlər".
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq














