Binədə qurulan işıq dirəkləri təhlükəyə çevrildi – Diqqət - FOTO

Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidən qurulmasından 3 ay vaxt keçib. Avtosfer.az Ucnoqta.az-a istinadən xəbər verir ki, yolun yenidən qurulması “Azəravtoyol” ASC tərəfindən həyata keçirilib. Yolsuzluq problemindən əziyyət çəkən qəsəbə sakinləri yolun yenidən qurulmasına çox sevinmişdilər. Ancaq onların sevinci cəmi 3 ay çəkdi. ASC-nin məlumatında qeyd edilirdi ki, yol çəkilərkən 115 ədəd 9 m hündürlüyündə dirək olmaqla yeni işıqlandırma sistemi və 17 ədəd yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Düzdür 17 ədəd yol nişanının 4.5 km uzunluqda yola kifayət etdiyi bir qədər qaranlıqdır. Məsələn, asfalt qatı üzərində piyada keçidi üçün xətlər çəkilsə də, keçidə yaxınlaşan avtomobil sürücüləri üçün müvafiq keçid işarəsi qoyulmayıb. Bu isə ərazidə piyada vurulma hallarının artmasına səbəb olur. Yolda sürət həddini bildirən bir ədəd nişan belə yoxdur. Yuxarıda ASC-nin qeyd etdiyi işıq dirəkləri isə artıq sıradan çıxmaqdadır. Yolu işıqlandırmaq üçün nəzərdə tutulmuş işıq dirəkləri isə artlq sürücülər və piyadalar üçün təhlükə mənbəyinə çevrilib. İşıq dirəkləri keyfiyyətsiz qurulduğundan artıq bəziləri aşıb, bəzilərinin plafonları yola tökülüb, bəziləri isə aşağıda fotolardan göründüyü yıxılmağa hazırdır.















Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












