Binəqədi-Balaxanı yolunda kanalizasiya suyu yola axır - Sakinlər narazıdır - VİDEO

Bakı şəhəri, Binəqədi-Balaxanı yolunda kanalizasiya suyunun yola axması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, sakinlər sözügedən ərazidə problemin beş aydır davam etdiyini qeyd ediblər.
Onların sözlərinə görə, yolun çirklənməsi sürücülər üçün də təhlükə yaradır, çünki bu, sürüşmə riskini artırır.
Məsələ ilə bağlı Oxu.az-a Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə kanalizasiya xəttinin açılması işləri həyata keçirilir:
"Son zamanlar havaların intensiv yağıntılı keçməsi səbəbindən Digah qəsəbəsinin yer quruluşu etibarilə çökəklikdə yerləşən bir neçə küçəsində qrunt sularının səviyyəsinin qalxması və yağış suları ilə birləşməsi səbəbindən bir neçə yerdə su kütləsinin toplanması, sakinlərin həyətyanı sahələrinə və evlərinə suların dolması müşahidə olunub. Məsələ ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin, qəsəbə bələdiyyəsinin və aidiyyəti təşkilatların əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək araşdırılma aparılıb. Tərəfimizdən və aidiyyəti təşkilatların köməyi ilə yığılan su kütləsinin ərazilərdən uzaqlaşdırılması məqsədilə yaxınlıqda yerləşən kanalizasiya xəttinə vurulub. Buna görə də qeyd olunan kanalizasiya xəttində yüklənmə baş verib və sözügedən xətdə tutulma olduğundan daşma müşahidə edilib. Daşma faktı ilə bağlı tərəfimizdən Bağlar Sukanal İdarəsinə məlumat verilib və hazırda kanalizasiya xəttinin açılması işləri həyata keçirilir".
Cavabda, həmçinin qeyd olunub ki, Digah qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil:
"Bununla bağlı aidiyyəti qurumlara müraciət olunub və məsələ artıq dövlət proqramına salınıb".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










