Bir ayağı yoxdur, hər gün sərnişin avtobusu sürür - VİDEO

Əlil olan şəxs 21 nəfərlik kiçik tutumlu sərnişin mikroavtobusunu idarə etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, sürücü Zaur Mehmanovun bir ayağı yoxdur, amma o, Bakı-Sumqayıt arasında sərnişindaşıma ilə məşğul olub. Sürücünün bildirdiyinə görə, uzun illərdir avtomobil idarə etdiyindən əlil olması onun üçün ciddi çətinlik yaratmır. O, hər gün əsasən pik saatlarda Bakı ilə Sumqayıt arasında bir neçə reys edir. Bəzən çox yorulanda avtomobili köməkçi sürücüyə verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində aparılan araşdırma zamanı məlum olub ki, Zaur Mehmanovun sürücülük vəsiqəsinin müddəti 2015 -ci ildə bitib və onu yeniləməyib. Üstəlik, onun idarə etdiyi avtomobil yük maşınıdır. Amma sürücü həmin avtomobilə oturacaqlar əlavə edərək onu sərnişin mikroavtobusuna çevirib. Sürücü deyir ki, bu dəyişikliyi rəsmiləşdirməyə çalışsa da, yol polisi qəbul etməyib.
“Mexaniki ötürücü qutusu olan bu avtomobili bir ayaqla necə idarə edirsən” sualına sürücü belə cavab verib: “Heç bir çətinlik çəkmirdim. Artıq öyrəşmişəm”.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəsi Vaqif Əsədov bildirir ki, ümumiyyətlə, əlil sürücü sərnişin avtobusunu idarə etməməlidir. Çünki bu həm onun, həm də digərlərinin həyatını təhlükəyə atır. İndi yol polisinin verəcəyi qərara uyğun olaraq bu sürücü cərimə olunacaq. Çünki sürücülük hüququ olmadan və sərnişindaşıma ilə məşğul olmağa qanunla icazə verilmədiyi halda bunları edib. Dediyinə görə, Qarabağ əlilidir, 1995-ci ildə cəbhə bölgəsində yaralanıb. İndi isə aylıq 300 manatlıq gəlirlə ailəsini dolandıra bilmir. Səhvini səmimi şəkildə etiraf edən sürücü dedi ki, bundan sonra sükan arxasına keçməyəcək. Bu mikroavtobusu sataraq sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobus alandan sonra sürücü tutub qanuni şəkildə dolanışığını təmin edəcək.
Elməddin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?

















