Bitməyən tıxac dərdi - həll yolu nədir? - VİDEO

Bir neçə saat yağış yağdı, yollarda gölməçələr əmələ gəldi. Sürücülər isə saatlarla tıxacda qaldılar. Yağışların tıxacla müşayiət olunması sürücüləri narazı salıb. Problemin ənənəvi hal alması müxtəlif səbəblərlə izah olunur.. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, əsas səbəb yolda yağıntı sularını ötürəcək qurğuların yaxşı səviyyədə olmamasıdır. Digər səbəb isə sürücülərin qayda-qanunlara əməl etməmələridir. Belə ki, sürücülər yaranmış vəziyyətdən sui-istifadə edib bir-birlərinin yoluna girməklə tıxacın yaranmasına səbəb olurlar. Tıxacın aradan qaldırılmasında əsas rol oynamalı olan şəxs yol polisi olsa da, sürücülər deyirlər ki, ötən gün tıxac olan yolların əksəriyyətində hərəkəti tənzimləyən yol polisi gözə dəyməyib. Nəticədə sıxlıq daha da artıb.
Ekspert Ərşad Hüseynov deyir ki, yol polisi bu cür hallarda hərəkəti tənzimləmək üçün xüsusi geyimdən istifadə etməlidir.
Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov isə günahın yol polisində olması iddiaları ilə razılaşmır və deyir ki, konkret olaraq dünənki tıxacın səbəbkarları sürücülər olublar.
Vaqif Əsədov təkcə dünən 100 sürücü barəsində inzibati protokol yazıldığını, müşahidə kameraları vasitəsilə 500-dən artıq elektron protokol tərtib edildiyini də xatırladıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












