Bu avtomobildir, yoxsa dəmir yığını? - VİDEO

Bakının mərkəzində yükdaşıma qaydalarını pozan sürücünün idarə etdiyi avtomobil Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, 10 EG 927 qeydiyyat nişanlı "VAZ-2102" markalı avtomobilin sürücüsü avtomobilin banına qanunsuz şəkildə yük vuraraq digər hərəkət iştirakçılarına təhlükə yaradıb. Qanunda göstərilib ki, avtomobildə daşınan yükün çəkisi istehsalçının müəyyən etdiyi çəkidən artıq olmamalı və yük daşınan zaman lazımınca bərkidilməlidir. Manevr edən zaman yük tərpənməməli və yola aşmamalıdır (dağılmamalıdır). Lakin videodan aydın görünür ki, daşınan yük heç yerə bərkidilməyib.
Bundan əlavə, avtomobilin xarici görünüşündən bəlli olur ki, istismara da yararsızdır. Diqqətlə baxdıqda aydın olur ki, avtomobilin arxa hissəsindəki işıqların heç bir işləmir. Daha doğrusu, işıqlardan əsər-əlamət qalmayıb. Belə halda arxadan gələn sürücülər çaş-baş qalıb qəza törədə bilər.
Videoda səslənən musiqi isə avtomobilin hansı durumda olduğuna bir işarədir...
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












