Bu ərazidə piyadalar avtobusların yolu ilə hərəkət edir - TƏHLÜKƏ - VİDEO

"Koroğlu" metrostansiyası yaxınlığında yerləşən dayanacaqlarda piyadalar onlar üçün nəzərdə tutulmuş yoldan istifadə etmirlər. Bununla da onlar həm öz həyatlarını təhlükəyə atır, həm də digər hərəkət iştirakçıları üçün qəza riski yaradırlar. Avtosfer.az-ın məlumatına görə, sərnişinlərin dayanacağa getməsi üçün xüsusi yol nəzərdə tutulsa da piyadalar avtobus yolu ilə hərəkət edir. Görüntülər "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindəndir. Burada sərnişinlərin hərəkəti üçün xüsusi zolaq olsa da insanların əksəriyyəti avtobus yolu ilə hərəkə edir. Baxmayaraq ki, ərazidə sarı zolağı keçməməklə bağlı xəbərdarlıq var.
Piyadaların avtobusun yoluna girməsi isə həm özləri, həm də avtobus sürücüləri üçün təhlükə yaradır. Sürücülər piyadaların qadağan olunmuş yoldan hərəkət etməsi səbəbindən dayanacağa girib-çıxarkən çox böyük çətinlik yaşadıqlarını bildirirlər.
Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin İcitmaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, ərazidə problemlə bağlı olaraq mütəmadi maarifləndirmə işləri aparılır. Cərimələrin tətbiq olunmasına gəldikdə isə, Bakı Nəqliyyat Agentliyinin belə bir səlahiyyəti yoxdur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə məsələ ilə bağlı ərazidə araşdırma aparılacağını bildirib.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










