Bu iyrənc görüntü Bakıda çəkilib: yediyimiz çörək belə daşınır - VİDEO

Hər gün yediyimiz çörək minik avtomobilinin yük yerində natəmiz vəziyyətdə daşınır. Avtomobil hərəkətdə olduğu zamanı isə yolda olan toz-torpaq birbaşa çörəyə hopur. Sonradan isə çox gümanki belə vəziyyətdə olan çörək market və mağazalara satılır.Vətəndaşlar isə bu çörəkdən alıb istifadə edirlər. Avtosfer.az xəbər verir ki, kadrlar paytaxtın Binəqdi rayonu Biləcəri qəsəbəsindəki yolda bir sürücü tərəfindən çəkilərək "xəzərxəbər”in votsap nömrəsinə göndərilib. 10-KB-453 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü qaydalara əməl etmədən çörək daşıyır. Hüquqşunaslar isə bildirir ki, belə vəziyyətdə sürücü həm yeyinti məhsullarının daşınması zamanı sanitar-gigiyena, həm də yükdaşıma qaydalarını pozur. Yükdaşıma qaydalarına görə sürücü 40 manat miqdarında, sanitar-gigiyena qaydalarını pozamağa görə isə fiziki şəxslər 50-100, vəzifəli şəxslər 100-200, hüquqi şəxələr isə 200-400 manat miqdarında cərimə olunurlar.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










