Bu kadrlar Bakıda lentə alınıb - VİDEO

Təxminən 8-10 yaşı olan uşaq avtobusda konduktor edir. O, avtobusun ön hissəsində şitin üzərində oturaraq minib- düşənlərdən pul alır. Görüntülər paytaxtda, sərnişindaşıma ilə məşğul olan 60 nömrəli avtobusda çəkilib. Təhsildən yayınan uşağın təhlükəsizliyi qorunmamaqla yanaşı, həm də onun əməyindən istifadə edilir. Məsələni araşdırmaq üçün daşıyıcı şirkətlə əlaqə saxladıq. Bildirildi ki, həmin görüntülər 60 nömrəli avtobusda çəkilməyib. Ümumiyyətlə isə heç vaxt bu avtobuslarda az yaşlıların əməyindən istifadə edilmir.
Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələndirmə və Marifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirir ki, həmin görüntülərin hansı avtobus xəttində çəkildiyinin müəyyən etmək üçün artıq agentlik araşdırmaya başlayıb. Mais Ağayev deyir ki, mütəmadi olaraq agentlik daşıyıcı şirkətlərə bu baradə xəbərdarlıq edir.
Belə hallara hansı sərnişin avtobusunda yol verilərsə, agentlik bununla bağlı tədbirlər görəcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












