Bu küçədə qadağanedici nişan yoxdur, amma sürücülər cərimələnir - VİDEO

"Dayanma-durma qadağandır" nişanı olmayan ərazidə avtomobil saxlayan sürücülər cərimələnir. Avtosfer.az-ın məlumatına görə, paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yaşayan sakinlər belə deyirlər. Bu barədə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə heç bir xəbərdarlıq nişanı olmasa da, orada avtomobili saxlayan hər kəsə cərimə tətbiq edilir.
Vətəndaşlar deyirlər ki, digər küçədə dayanma-durma nişanı var. Amma o küçədən gələnlər belə nişanı görmürlər, çünki üzərini ağaclar örtüb.
Ərazidə yaşayan bəzi şəxslər isə deyirlər ki, maşınları saxlamağa başqa yer yoxdur. Ona görə də bu yerdə belə qadağanın olması onlar üçün ciddi problem yaradır. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd edilən ərazidə araşdırma aprılır. Nəticəyə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










