Bu küçədə sərnişinlərin həyatı təhlükədədir - Əcaib yol - FOTO

Yeni Yasamalda avtobusların dayanacaq olmayan yerdə saxladıqlarını əks etdirən foto yayımlanıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin yolda hərəkət edən 193 və 211 nömrəli avtobusları gözləyən sərnişinlər ensiz betonun üzərində dayanaraq həyatlarını təhlükəyə atırlar. Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məsələyə aydınlıq gətirərək bildirib: “Göründüyü kimi, həmin ərazidə mövcud yol infrastrukturu dayanacaq məntəqəsinin təşkili imkanlarını məhdudlaşdırır. Biz 211 və 193 nömrəli marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara dəfələrlə xəbərdarlıq eləmişik ki, avtobuslar həmin ərazidə saxlamasınlar. Lakin bir məsələ var o ərazidə yaşayan sakinlər hər dəfə sürücünü orda saxlamağa məcbur edirlər. Sürücü saxlamayanda isə narazılıq yaranır. Yəni orda avtobusun dayanmasını tələb edən də sərnişinlərdir. Avtobusun orda dayanmasına etiraz edəndə yenə sərnişinlərdir”.
Qeyd edək ki, bu barədə məlumatı tanınmış jurnalist Mahir Məmmədli sosial şəbəkədə yayıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












