Bu maşınların problemi ORTAYA ÇIXDI – Buna görə alınmır

Bir çox ölkələrdə olduğu kimi Azərbaycanın da öz yerli avtomobil sənayesi mövcuddur. Lakin bu sahə ilə bağlı dolğun məlumatlar yoxdur. Əksinə, şikayət və narazılıqlar daha çoxdur. Hətta bir çoxları alıcıların yerli istehsala üstünlük vermədiklərini də iddia edir.
Bəs bu sahə ilə bağlı ən son durum necədir?
Avtosfer.az xəbər verir ki, Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yenisabah”a iddia və sualları cavablandırıb:

“Yerli istehsal olan avtomobillərin alıcı kütləsi var. Sadəcə alanların çoxu şikayət edir və narazılıqlarını bildirirlər. Zaman-zaman bu kimi durumların şahidi olmaq mümkündür. Seçimlərini yerli istehsaldan edərək, avtomobil alan insanların keyfiyyət problemi yaşamasını artıq hamı bilir. Təəssüflər olsun ki, keyfiyyətlə bağlı, servis xidməti və digər məsələlərdə bir sıra problemlər yaşanır”.
Ekspert hansı alıcıların daha çox yerli istehsala üz tutduğunu da açıqlayıb:
“Düşünürəm ki, əvvəlki illərə baxanda indiki istehsalda müəyyən irəliləyişlər var. Əvvəllər daha çox problemlər olduğu üçün isə indi yerli istehsala maraq azalıb. Çünki insanların artıq əvvəlki dövrdən gözü qorxub. Ona görə də ölkəmizdə istehsal edilən maşınları almaqda tərəddüd edirlər. Amma müəyyən qədər maraq var. İnsanlar təzə avtomobil almaq istəyirlər. Məşhur brendlərə maddi cəhətdən gücü yetməyənlər və Çin maşını almaq istəməyənlərin ümidi yerli istehsala qalır”.
E.Muradlı onu da vurğulayıb ki, yerli avtomobil markalarının reklam siyasəti olduqca uğursuzdur:
“Yerli istehsal dedikdə, başqa ölkələrdən idxal edilən ehtiyat hissələri ilə ərsəyə gətirilən nəqliyyat vasitələri nəzərdə tutulur. Burada da artıq seçim imkanları mövcuddur. Ancaq təəssüf ki, bu sahədə təbliğat zəifdir. Yerli şirkətlər nəyə arxayndırlarsa, elə bilirlər ki, onların əvəzindən kimsə təbliğat aparmalıdır. Çox təəssüf ki, yerli media ilə işləmirlər və məhsulun necə istehsal etdiklərini heç kəs bilmir. Bu cür problemlər çoxdur. Ona görə ki, bazardakı məhsulun təqdimatını necə edəcəkləri barədə məlumatsızdırlar”.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










