Bu şəxslər parklanma qaydalarını poza bilər - Amma...

Azərbaycan qanunvericiliyində əlil avtomobillərinə xüsusi güzəştlər nəzərdə tutulub və əlillər bu güzəştlərdən istifadə edə bilirlər. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, bu güzəştlərdən biri odur ki, əlillər parklanma yerlərində parklanma qaydalarına uyğun olmayan vəziyyətdə avtomobilləri qoya bilərlər: “Ötən il “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsində dəyişiklik edilib. Dəyişiklikdə göstərilir ki, parklanma yerlərinin əlillər üçün kvotası olmalıdır. Yəni, parklanma yerində yerin həcmindən asılı olaraq, ən azı 5 faiz əlillər üçün nəzərdə tutulmalıdır. Əgər 10 avtomobillik yerdirsə, ən azı 1 yer əlil avtomobili üçün ayrılmalıdır. Bəzi parklanma yerlərində belə yerlər var”.
Ə.Hüseynov bildirir ki, əlillər avtomobillərini qanunsuz parklanma edərsə, yol polisi onun avtomobilini evakuasiya etməyə bilər: "Əgər əlil nəqliyyat vasitəsini qanunsuz park edibsə, yol kənarında ikinci cərgədə saxlayıbsa və bu hal digər avtomobillərin hərəkətinə mane olursa, həmin vaxt yol polisi bu nəqliyyat vasitəsini evakuasiya edib təhlükəsiz yerdə parklaya bilər. Amma bunun üçün əlil maşınını cərimə meydançasına aparmağa ehtiyac yoxdur. Digər tərəfdən, əgər əlil nəqliyyat vasitəsini qanunsuz yerdə park edibsə, yol polisi onu İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edə bilər".
Qeyd edək ki, Rusiyada deputatlar əlil avtomobillərinin evakuasiya edilməsinin qadağan olunması barədə qanun layihəsinin hazırlanması barədə Rusiya Dumasına təklif verib. Təkilfə görə, qanunsuz ərazilərdə park olunan əlillərə məxsus nəqliyyat vasitələrinin evakuasiyası qadağan edilməlidir. Deputatlar bu prosesin əlillərə pis təsir etdiyini əsas gətiriblər.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










