Bu yazını kişilər yox, qadınlar oxusun – Əslində güzgü buna görə lazımdır

Qadın sürücülərin əksəriyyətinin sükan arxasında pis vərdişləri var. Avtosfer.az olaraq bu məsələləri dəfələrlə nəzərə çatdırmağa çalışmışıq, yenə də mövzuya qayıdırıq. Yəqin ki, bu yazıda özünü görən xeyli xanım sürücümüz var…
Sizə möcüzəvi sol güzgü və sola dönmə işığının kəramətindən danışacağıq. Sağdakılardan danışmırıq, onu budəfəlik bağışladıq sizə, amma xahiş edirik sol güzgü və sol dönmə işığı həssasiyyətimizə hörmətlə yanaşın.
Sol güzgü yenicə "ukladka" olunmuş saçınızın çiyninizə düşüb necə göründüyünə, dodaq boyanızın konturlarının çərçivədən çıxıb-çıxmadığına, makiyajınızı yeniləməyə görə təchiz edilməyib. Başqa sözlə, o sizi göstərməli deyil, bir az sola çöndərin, arxadakı hərəkət iştirakçılarını sərbəst görməyə görədir. Məsələn, siz yolun kənarından maşını işə salırsızsa, həmin güzgü ilə arxaya baxın, gələn yoxdursa çıxın yola ehmalca.
Sola dönmə işığını da yola çıxanda (kənarda saxlamısızsa, yerindən götürəndə) qoşun ki, arxadan yaxınlaşmaqda olan sürücü başa düşsün nə edirsiniz. Vallah, işıqpulu yazmır həmin "povorotnik", sola-sağa manevr edəndə, zolağı dəyişəndə, dönmək istəyəndə onu qoşun. Adətən sükanın sağ tərəfində olur, ruldan çıxan buynuz kimi, yüngülcə onu aşağı çəkəndə arxadakı sürücülərə sola doğru hərəkət edəcəyiniz (yol kənarından yola çıxacağınız, zolağı dəyişəcəyiniz, sola (geriyə) dönəcəyiniz) haqda xəbərdarlıq edir, yuxarı çəkəndə sağa dönmə işıqlarını yandırır. Bəli, "Kamaz" "skorost"u kimi fiziki güc tələb etmir, elə yüngül itələyən kimi rıçağı dəyişir. Amma onu yandıran kimi də o demək deyil ha, yol sizindi, 3-ə kimi sayıb yandırdığınız istiqamətə götürülməyin. Yuxarıda haqqında geniş danışdığımız yan güzgüdən baxın, sonra.
Unutmayın ki, arxadakının da idarə etdiyi avtomobil texnikadır, pedalları basmaqla gedir, centlemen yox, motorla gəzən dəmirdir. O pedalı basan xamlıq eləsə, sizi də yolda qoyar, özünü də. Və ya əksinə, siz onu yolda qoyacaqsınız.
P.S. Yazı yumorstik janrdadır, bütün xanım sürücülərə aid edilmir. Haqlısınız, elə xanım sürücülər var ki, illərin təcrübəli kişi sürücülərindən peşəkardırlar avtomobil idarə etməkdə. Hər kəsə sayğılarla…
Fuad
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










