Bu yol sürücülərin baş bəlasına çevirilib - VİDEO

Paytaxtın Xətai və Nəsimi rayonlarında bəzi küçələr var ki, orada yolda olan kiçik gölməçələr sürücülərin hərəkəti üçün çətinlik yaradır. Hətta sürücülər belə vəziyyətdə qaydaları da pozmuş olurlar. Yol çala-çuxur olduğundan sürücülər qarşı hərəkət zolağından istifadə edirlər. Xüsusilə də yağış və qardan sonra yolda yaranan gölməçə sürücülərin işini daha da çətinləşdirir.
Söhbət paytaxtın Xətai rayonu Zakir Yusifov küçəsindən gedir. Bu yolda sahəsi kiçik, ancaq fəsadı böyük olan bu gölməçə sürücülərin baş bəlasına çevrilib. Hətta iş o yerə gəlib çatıb ki, sürücülər bu çaladan yan keçmək üçün yol hərəkət qaydasını da pozmalı olurlar
Eyni problem Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində olan yolda da yaşanır. Burada da sürücülər yoldan keçməkdə çətinlik çəkirlər.
Məsələ ilə bağlı "Azəravtoyol" ASC--dan bildirildi ki,yaxın günlərdə Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində olan yola yeni asfalt örtüyü çəkiləcək. Xətai rayonu Zakir Yusifov küçəsindəki yol isə Bakı Şəhər İcra hakimiyyətinin balnasında olmasına baxmayaraq bu qurumdan mövqe örgənmək mümkün olmadı. İstənilən halda həmin yolda təmir-pərpa işlərinin aparılması o qədərdə böyük vəsait tələb eləmir. Yəqin ki qısa vaxt ərzində bu məsələ öz həllini tapacaq.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












