Bu yolda heç bir sürücü gözləmir - Piyadaların həyatı təhlükədə - FOTOLAR

Yazarlar 30 Yanvar 2016 11:41 Oxunub 1927
Bu yolda heç bir sürücü gözləmir - Piyadaların həyatı təhlükədə - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yollarda piyada keçid nişanları olsa da, zolaqların əksəriyyəti silinib

"Məsuliyyətli piyada qaydanı pozmur" ifadəsi piyada zolaqlarından istifadə etdiyimiz zaman tez-tez qarşımıza çıxır. Bəs zolaqlar pozulduğu təqdirdə piyada nə etməlidir? “Qafqazinfo”ya son bir neçə ayda bu problemlə bağlı paytaxt sakinləri tərəfindən dəfələrlə müraciət olunub. Onlar bildirir ki, yollarda piyada keçid nişanları olsa da, zolaqların əksəriyyəti silinib. Buna görə də, heç bir nəqliyyat vasitəsi onlara yol vermir.

Müraciətləri nəzərə alaraq “Qafqazinfo”nun əməkdaşları paytaxtın mərkəzi küçələrində zolaqlarla bağlı vəziyyətlə tanış olub. Məlum olub ki, sakinlər Biləcəri, Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri daxil olmaqla Nərimanov rayonunun bir çox yollarında bu problemlə qarşılaşırlar. Belə ki, piyadalar keçidə yaxınlaşır, bir müddət gözləyir, nəqliyyat vasitələri saxlamadığı üçün yolu qaçaraq keçməyə məcbur olurlar.

Əhməd Rəcəbli küçəsində bütün piyada zolaqları, demək olar ki, bu vəziyyətdədir. Yolu keçmək üçün bir əlac var: qaçmaq. Elə yolu birlikdə qaçaraq keçdiyimiz piyadalar da bu haldan narazıdır:

“Hər gün səhər eyni problemlə qarşılaşıram. Evdən işə çatmağım üçün 10 dəqiqə vaxt lazımdır, ancaq yolu keçmək üçün piyada keçidində 15 dəqiqə gözləyirəm. Heç bir sürücü yol vermək istəmir. Yaxşı olar ki, bu işə kim baxırsa problemi həll etsin, biz də hər gün vaxtımızı yollarda itirməyək”.

Analoji hadisə paytaxtın digər küçələrində də müşahidə olunur. Zolaqlar pozulduğu üçün sakinlər yolun müxtəlif hissələrindən keçir. Bu da həm nəqliyyatda problem yaradır, həm də piyadaların həyatını təhlükə altına atır.

Məsələ ilə bağlı “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Katib bildirib ki, 
yol hərəkətinin təşkili və təhlükəsizliyinə birbaşa Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi cavabdehdir:

"Bu işlərlə, əsasən, onlar məşğul olur. Ancaq onlardan başqa bizim balansda olan bəzi küçə və prospektlər var ki, biz həmin yollarda müşahidə aparırıq və piyada zolağı, yol nişanları əskik olduğu təqdirdə bununla bağlı müvafiq orqanlara müraciət edirik. Rəngi solmuş piyada zolaqlarının rənglənməsi üçün hər hansı bir vaxt nəzərdə tutulmayıb. Yağışlı hava şəraiti xaric bu proses il ərzində hər zaman icra edilə bilər”.

Günel Hacı

Fotolar: Nuran

Bu yolda heç bir sürücü gözləmir -  Piyadaların həyatı təhlükədə +Fotolar
Bu yolda heç bir sürücü gözləmir -  Piyadaların həyatı təhlükədə +Fotolar
Bu yolda heç bir sürücü gözləmir -  Piyadaların həyatı təhlükədə +Fotolar
Bu yolda heç bir sürücü gözləmir -  Piyadaların həyatı təhlükədə +Fotolar
Bu yolda heç bir sürücü gözləmir -  Piyadaların həyatı təhlükədə +Fotolar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh