Bu yolda sürücülərin və yol polisinin hərəkətləri sizi dəhşətə gətirəcək - VİDEO

Bu videonu hazırlayıb Avtosfer.az-a göndərənlər sadə vətəndaşlardır və onlar Zabrat qəsəbəsində sürücülərin və yol polislərinin yol hərəkəti qaydalarına etinasız münasibətini göstərməyə çalışıblar. Biz bu videonu təqdim etməzdən əvvəl bir neçə dəfə izlədik, diqqətlə izlədik. Əvvəlcə inanmadıq. Amma sonra…
Siz də birinci dəfə izləyəndə burada baş verənlərin həqiqətən Bakıda olduğuna inanmayacaqsınız, təkrar izləyəcəksiniz. Məlum olacaq ki, bəli, bura Bakıdır -Sabunçu rayonunun Zabrat qəsəbəsi.
Nə sirdirsə bu qəsəbəyə ayaq basan sürücülərin əksəriyyəti qayda-qanuna məhəl qoymur. Bəlkə də, bu sürücülər elə orada yaşayanlardır və onlar artıq buna vərdiş etdikləri üçün adi yanaşırlar. Amma inanın ki, yollarda bu cür özbaşınalıqlar yalnız cəngəlliklərdə, bataqlıqlarda ola bilər.
Bura Bakının əsas yollarından biridir və Bakı kəndləri ilə şəhər mərkəzini birləşdirən yoldur. Yol təmir edilib, hətta dəfələrlə təmir edilib. İndiki vəziyyəti pis deyil. Amma yolun yaxşı olması da sürücülərin biabırçı yanaşmasını dəyişməyib. Videoda yol hərəkəti qaydalarını pozmaqla bağlı hər şey var. Bəzi kadrlarda yol polisləri də qayda pozan sürücülərə qoşulub hərəkət edirlər. Avtobus sürücüləri isə köhnə əməllərindən əl çəkmirlər.
Bu videoda qarşı yola çıxmaq, yolun əksinə getmək, qoşa xəttin tələbini pozmaq, svetoforun qırmızı işığından keçmək, qəza şəraiti yaratmaq, ötmə-manevr qaydalarını pozmaq kimi çox təhlükəli qayda pozuntuları var. Hansı ki, məhz bu qayda pozuntularına görə hər il yüzlərlə insan həlak olur, ailələr başsız qalır, övlad acısı yaşayır…
Bu yolun əksər nöqtələrində təhlükəsizlik kameraları var. Bu kameralar ya işləmir, ya da bu qədər qayda pozuntularını çatdırıb çəkə bilmir. Əks halda bu qədər özbaşınalıq baş verməzdi…
Ümid edirik ki, bu videonu cəmi 1 dəfə izləyəndən sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsi daha ciddi tədbirlər görməklə azğınlaşmış sürücülərin qarşısını alacaq…
Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












