Bu yoldakı nişanlar sürücüləri çaş-baş salır - Yol kimindir? - VİDEO

Dairəvi yoldan istifadə edən sürücülər bir-birinə əks olan iki nişan arasında çaşbaş qalıblar. Dairəvi yol nişanı sürücülərə qarşıda dairənin olduğunu və bu dairədən çıxan avtomobillərə yol verməsini tələb edir. Dairənin özündə isə tamam başqa bir nişan quraşdırılıb. Belə olan halda isə dairəyə yaxınlaşan və dairədən çıxan sürücülər hərəkət üstünlüyünün kimdə olduğunu müyyənləşdirə bilmədiyindən iki tərəfdən gələnlər də eyni vaxtda yolda dayanır.
Sürücülər deyir ki, yoldan mütəmadi istifadə edən bəzi sürücülər hərəkət üstünlüyünün kimdə olduğunu özləri müəyyənləşdirirlər. Amma bu yoldan birinci dəfə istifadə edən sürücülər isə çox çıxılmaz vəziyyətdə qalırlar.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə sürücülər arasında çaşqınlığın olmasının normal olduğunu deyir. Ekspertin sözlərinə görə, sözügedən ərazidə nişanlar yanlış formada yerləşdirilib.
Ərşad Hüseynov yaranan problemin əsas səbəbinin sürüclərin baş yolun kimdə olduğunu bilmədiyindən yarandığını deyir. Çünki bunu müəyyənləşdirmək üçün lazım olan əsas nişan əraziyə quraşdırılmayıb.
Ekspert onu da qeyd etdi ki, yol nişanlarının düzgün yerləşdirilməməsinə görə hər hansı sürücü məsuliyyətə cəlb edilməməlidir. İstənilən halda ərazidə nişanlar düzələnə qədər sürücülərin ehtiyyatlı olması tövsiyyə edilir.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










