Bu yolla maşın satdı, illər sonra başına oyun gəldi - VİDEO

Zaqatala sakini Nazim Məmmədov 2005-ci ildə etibarnamə ilə avtomobil alıb. Lakin bu etibarnamədə ona yalnız sürmək səlahiyyəti verilib. Buna baxmayaraq, Nazim Məmmədov 3 aydan sonra həmin avtomobili tanışına satıb. Alqı-satqı heç bir sənəd olmadan qarşılıqlı şifahi razılıq əsasında baş tutub. Bu problem 9 il sonra üzə çıxıb. Hüseyn Zaxarov 1981-ci il istehsalı olan bu avtomobildən əsasən kəndlərarası yolda istifadə etdiyi üçün yol polisindən yayına bilib. 3 il əvvəl isə polisin yoxlaması zamanı avtomobilin sənədsiz oldugu ortaya çıxıb və avtomobil cərimə meydançasına aparılıb. Həmin vaxtdan Hüseyn Zaxarov, onu aldatdığına görə avtomobili aldığı Nazim Məmmədovu məhkəməyə verib. Məhkəmənin qərarına görə, Nazim Məmmədov Hüseyn Zaxarova 650 manat pul ödəməlidir.
Nazim Məmmədov deyir ki, razılaşmaya görə, avtomobili Hüseyn Zaxarov özü qeydiyyata salmalı imiş. Avtomobili alan Hüseyn Zaxarov isə əksini iddia edir.
Avtomıobil isə 3 ildir ki, cərimə meydançasında saxlanılır. Mütəxəssislər isə bildirirlər ki, gələcəkdə belə problemlərin çıxmaması üçün alqı-satqı mütləq rəsmiləşdirilməlidir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












