Bu yollarda çəkilən avtobus zolaqları etiraza səbəb oldu – AYNA-dan AÇIQLAMA

Tbilisi prospekti və Şəfayət Mehdiyev küçələrinin birləşməsindən dərhal sonra avtobus zolağının başlanması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Konkret.az”ın redaksiyasına müraciət edən sakinlər sözügedən ərazidə problemin aylardır davam etdiyini bildiriblər.
“Bir vətəndaş kimi, nəqliyyat sahəsində görülən bütün işləri, o cümlədən avtobus zolaqlarının çəkilməsini, yüksək qiymətləndiririk. Ancaq bəzi küçə və prospektlərdə avtobus zolağının çəkilməsi, sürücülərin əvvəlcədən məlumatlandırılmadıqlarına görə, istəmədən qayda pozmaqlarına gətirib çıxarır. Məsələn, Tbilisi prospekti və Şəfayət Mehdiyev küçələrinin birləşməsindən dərhal sonra avtobus zolağı başlayır. Bu zolaq Tbilisi prospektində, ən sağ zolaqla gələn avtomobillərin bilavasitə önündə çəkilib və həmin bu sağ zolaqla hərəkət edən avtomobillər işıqfordan dərhal sonra sol zolağa yönəlməyə məcbur olurlar. Bu isə həmin hissədə fasilələrə və hətta qəzalara səbəb olur. Eyni hal Azadlıq prospektində də yaşanır“, – şikayətçilər vurğulayırlar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirib ki, avtobus zolaqları təşkil edilən zaman zolağın başlanğıcında müvafiq olaraq “5.9” yol nişanları quraşdırılır. Bu yol nişanları quraşdırılarkən onların uzaq məsafədən görünməsinə öncədən diqqət yetirilir. Sürücülər bu yol nişanları quraşdırılmış yerlərə yaxınlaşarkən əvvəlcədən sağ kənar hərəkət zolağından sol zolağa keçə bilirlər.
Ümid edirik ki, qanunamüvafiq olaraq vətəndaşların irad və təklifləri nəzərə alınacaq. Çünki hər bir atılan addım yalnız və yalnız insanların rahatlığına xidmət edir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












