Bu yolu qazdılar, sakinlər narazılıq edir - FOTO

Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yol birtərəfli bağlandığı üçün günlərdir hərəkət iflic vəziyyətə düşüb. Avtosfer.az xəbər verir ki, bununla bağlı müraciət edən sakinlər bildiriblər ki, hazırda yolda yüksək gərginlikli işıq dirəklərinin sökülərək xətlərin yerin altına keçirilməsi prosesi gedir. Ancaq təmir işləri ləng həyata keçirildiyi üçün günlərdir məhdudlaşdırılmış 75-80 metrlik yolun cəmi 15-20 metrlik hissəsində işlər görülüb. Bu da yolda nəqliyyatı iflic vəziyyətə salıb. Nəzərə alsaq ki, şəhərin bir neçə əsas hissəsinə hərəkət edən əsas marşurut xətləri bu istiqamətlə hərəkət etdiyi üçün bütün günü insanlar tıxacda qalır. Bu da öz növbəsində insanların gündəlik həytına təsir edir.
Sakinlərin dediyinə görə sözügedən qurum gündəlik təmir işləri aparmaq əvəzinə əraziyə bir neçə böyük texnika yerləşdirmiş lakin günlərdiki heç bir fəaliyyət və ya iş aparılmır.
“Qafqazinfo” məsələylə bağlı “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. O bildirib ki, qurum tərəfindən hazırda həmin küçədə hər hansı bir iş aparılmır: “Yolun ortasında yüksək gərginlikli elektrik xətləri var və aidiyyatı qurum tərəfindən xətlər yolun altı ilə çəkilməlidir. O işlər yekunlaşandan sonra artıq biz o yolun bərpasını həyata keçirəcəyik”.
Məsələ ilə bağlı “Azərenerji”nin mətbuat xidmətindən də bildirilib ki, ərazi onlar tərəfindən qazılmayıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










