“Bufer”i dəyişən sürücülərin nəzərinə - Bunu necə etmək olar?

Avtomobildə ön bamperlərin dəyişdirilməsi və yaxud başqa birisi ilə əvəzlənməsi tez-tez qarşılaşdığımız hadisədir. Bəzən isə sürücülər köhnə model avtomobillərə yeni modellərin ön və yaxud arxa bamperin dəyişdirilməsinə görə DYP tərəfindən cərimə olunduqlarını deyirlər. Ümumiyyətlə, bamperin dəyişdirilməsi konstruksiya dəyişikliyi hesab edilirmi? DYP buna görə cərimə yaza bilərmi? Avtosfer.az-ın suallarını cavablandıran hüquqşünas Ərşad Hüseynov bildirib ki, bamper avtomobilin passiv təhlükəsizlik sisteminə aid olan elementdir. Eyni zamanda bamper avtomobilin marka və modelinin eyniləşdirilməsinə xidmət edir: “90-cı ilin avtomobilinə 2017-ci il buraxılışı olan avtomobilin bamperini qoymaq olar. Sadəcə burada iki şərt var. Birincisi odur ki, həmin bamperin özü bütün texniki tələblərə cavab verməlidir. Yəni, avtomobil bamperinə aid texniki tələblərə cavab verməlidir, kinetik enerjini udma xüsusiyyəti və s. yerində olmalıdır. Adi dəmirdən nəsə düzəldib avtomobilə quraşdırmaq olmaz. İkincisi isə bamper avtomobilin konstruksiyasındakı yerinə uyğun gəlməli və modelin müəyyən edilməsinə maneə olmamlılıdır. Bu o deməkdir ki, məsələn “Mercedes”ə “ ”Toyota”nın, yaxud “Hyundai”a “Opel”-in bamperini qoysaq və bilinməsə ki, hansı modeldir, o zaman problem yaradacaq. Təbii ki, DYP belə halda qanunun tələblərinə görə həmin sürücünü cərimələyə bilər.”
Orxan
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










