Bunu edən sürücülər 500 manat cərimələnəcək - DYP

Qanun qadağan etsə də, avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaratsa da, antiradar cihazı açıq satışa çıxarılır. Qadağan edilmiş bu cihazın həm Əmlak Məsələləri Dövlət Komitəsində hərraca çıxarılması və alış-veriş saytında açıq şəkildə satılması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov axar.az-a açıqlama verib. O bildirib ki, antiradar cihazının satışı "Yol hərəkəti haqqında" qanunun tələblərinin təbliğinə aid deyil: "Bu cihazın satışı ilə bağlı biz bir şey edə bilmərik. "Yol hərəkəti haqqında" qanunda deyilir ki, antiradar qurğularının avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaradır. Bunun cəriməsi də yüksəkdir. Avtomobilərə antiradar cihazı, yəni radarın işini əngəlləyən qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır. Sürücü o qurğuya görə 500 manatdan 800 manata qədər cərimə edilə bilər".
V.Əsədov bildirib ki, həmin cihazın satışına müdaxilə edə bilməzlər: "Bu qurğunun satışı ilə bağlı sualı bizə ünvanlamayın. Bununla biz məşğul olmuruq. Bu, bizə aid olan bir məsələ deyil. Biz birmənalı olaraq bildiririk ki, qanun bu qurğuların avtomobillərə quraşdırlmasına icazə vermir. Hər hansısa avtomobildə bu cihaz müəyyən edilərsə, mütləq qaydada cərmələnəcək".
Hüquqşünaş, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov açıqlamasında bildirib ki, dəqiqləşdirmək lazımdır, hərracda və saytlarda satışa çıxarılan həmin qurğu özündən radiodalğalar buraxaraq radarın fəaliyyətini məhdudlaşdıran cihazdır, ya yox: "Antiradar özü dalğalar buraxan və bu dalğalarla radarın işini məhdudlaşdıran qurğudur. Antiradar - radara işləməyə imkan verməyən cihazdır. Radarın dalğalarını öldürür, boğur və imkan vermir ki, radar avtomobilin sürətini ölçsün.
Azərbaycanda məhz antiradar, yəni radarın dalğalarını öldürən cihaz qadağandır. Bu qurğudan da avtomobillərdən başqa heç bir yerdə istifadə edilməsi mümkün deyil. Avtomobillərə quraşdırılması da qadağan edilibsə, ölkədə satışı, gətirilməsi də əhəmiyyətsizdir".

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












