Cərimə meydançalarında sürücüləri belə soyurlar

Cərimə meydançalarında duracağa qoyulan avtomobillərə görə nəzarətçilərin Tarif Şurasının müəyyən etdiyi “sutkaya görə 30 qəpik” tarifindən dəfələrlə çox aldığı barədə məlumatlar səngimir. Avtosfer.az saytı xəbər verir ki, meydançalarda nəzarətçilərin açıq-aydın “alver açması” bir çox sürücüyə məlumdur. Məsələn, Dərnəgüldəki cərimə meydançasında 30 qəpik əvəzinə 5 manat alırlar. Bu barədə yol polisi əməkdaşları da məlumatlı olur və nəzarətçilər qiymət artımı edirlər. Heydər Əliyev adına İdman Sarayının arxasındakı yeni cərimə meydançasında isə maşın qoyulduğu gün də hesablanır. Məsələn, sizin maşını yanvarın 30-da cərimə meydançasına qoyublarsa, fevralın 1-də çıxarırsınızsa, nəzarətçi hesablayır: 30 yanvar, 31 yanvar, 1 fevral – 3 gün.
Bəzi hallarda sürücülərin süründürməçilikdən qorxma həssasiyyətindən yararlanaraq, əsassız sənədlər tələb edirlər: “Burada cərimə meydançasından buraxılması haqqında polisin verdiyi arayışdan başqa bəzi sənədlər də olmalıdır. Yenidən qayıdın idarəyə və onları da alıb gətirin».
Sürücü deyəndə ki, mən bir də ora qayıtmayım, necə etmək olar, əlavə məbləğlər tələb edirlər – 5 manat, 10 manat və s.
Bu bir yana, dayanma-durma qaydasını pozduğu üçün evakuasiya edilən avtomobillər də cərimə meydançasından buraxılarkən əlavə olaraq 1 manat tələb olunur.
Avtosfer.az vəziyyətdən çıxış üçün DYP-yə aşağıdakı tövsiyələri verir:
1. Tarif Şurasının qərarının nəzarətçi otaqlarında aydın görünən yerdə asılmasını təmin etsinlər və sürücülərdən əlavə məbləğ istənildikdə hara məlumat verə biləcəkləri barədə elan yerləşdirsinlər;
2. Nəzarətçilərə sutkanın 24 saatdan ibarət olduğunu bir daha izah etsinlər və Tarif Şurasının müəyyən etdiyi tariflərə əməl etmələrini tələb etsinlər;
3. Ödənişə görə qəbz verilməsini təmin etsinlər;
4. Nəzarətçiləri vaxtaşırı təftiş etsinlər.
Düşünürük ki, süni qiymət artımı, süründürməçilik, vergidən yayınmama, vətəndaşlara süni əngəllər yaratmamaqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına bu obyektlərdə də hörmətlə yanaşacaqlar.
Fuad
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












