Cərimələnən və cəriməsi bankda görünməyən sürücülər diqqətlə oxusun!
Cərimə protokollarının gecikdirilməsi çox vaxt sürücülər tərəfindən narazılıqla qarşılanır. Vaxtında ödənilməyən cərimələrin üstünə faiz gəlir. Ödənilməyən cərimələrə görə sürücünün maşını üzərinə həbs qoyula, hətta o, sürücülük hüququndan məhrum oluna bilər. Sadaladığımız bu cür hallar ölkəmizdə kifayət qədər baş verdiyindən və bu kimi şikayətlərin artmasından mövzunu araşdırmaq fikirinə gəldik.
İlk olaraq, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət etdik. O da maide.az-a cavab olaraq qeyd etdi ki, bir çox hallarda sürücülər məsələni qarışdıraraq, şişirdirlər. K.Əliyev bildirib ki, belə gecikmə halları yaranarsa, sürücülər birbaşa Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər. O zaman problem fərdi qaydada araşdırılır və hansı səbəbdən baş verdiyi müəyyən edilir. Şöbə rəisinin sözlərinə görə, bəzən sürücülər bəzi məsələləri qarışdırırlar. Çünki tərtib edilmiş protokollarla bağlı qərar çıxmayanda cəriməni ödəmək mümkün deyil: "Protokol yazılır və ola bilər ki, vətəndaş inzibati xətanın mövcudluğu ilə razılaşmayıb. Bu səbəbdən də qərar çıxmayıb. Qərar çıxmayanda isə cərimə məbləği elekton sistemdə görünmür ki, sürücü də gedib onu ödəyə bilsin. O cəriməni yalnız qərar çıxdıqdan sonra ödəyə bilər".
Bununla yanaşı, Kamran Əliyev insan faktorunu nəzərə alaraq, problemin operatorun səhlənkarlığı üzündən protokolda olan məlumatları elektron sistemə vaxtında daxil etmədiyinə görə də yarana bildiyini istisna etməyib: "Protokol tərtib edildikdən 1 gün ərzində məlumat Mərkəzi İnformasiya Sisteminə ötürülməlidir. Bunu qanunvericilik tələb edir. Əgər yerləşdirilməyibsə, vətəndaş bizə müracitə etməlidir. Biz araşdıraq, bunun səbəbini bilək ki, görək hansı səbəbdən sistemə yerləşdirilməyib. Bəlkə elə yerləşdirilib, amma hansısa səbəbdən bankın saytında və sistemində görünmür. Yəni müəyyən texniki problemlər də ola bilər".
Müsahibimiz onuda qeyd etdi ki, bunun üçün mütləq deyil ki, sürücülər banka gedərək, öz cərimələrini öyrənib, ödəsinlər. "Bunu üçün sürücülər Daxili İşlər Nazirliyinin e-xidmet.mia.gov.az və asanpay.az saytına daxil olaraq, orada öz cərimələrini görə və ödəyə bilərlər". Lakin bir neçə gün bundan öncə, Avtosfer.az saytında ([email protected] və sanpay.az) saytlarının sürücülərə problem yaratdığı məlumatı gördük. Bu üzdən, Avtosfer.az saytının rəhbəri və avto-ekspert Elməddin Muradlıya müraciət etdik. E.Muradlı bildirdi ki, bəli bu cür nöqsanlar kifayət qədərdir. Misal üçün, bu yaxınlarda redaksiyamıza bir şikayət daxil oldu. "Şikayət protokolda olan səhflərdən ibarət idi. ilk növbədə, həmin protokollarda inzibati xətanın törədildiyi saat dəqiq göstərilmir. Məsələn, protokolda qeyd olunur ki, inzibati xəta 11.04.2016-cı ildə, saat 00.00-da törədilib. Lakin elektron kabinetə əlavə olunan fotolara baxdıqda görürük ki, xəta günün günorta çağı törədilib. Qısa bir araşdırma aparıb öyrəndik ki, Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi əksər elektron protokollar elə bu gündədir. Yəni, hamısında saat 00.00 yazılır. Bu isə doğru yanaşma deyil".
Bundan əlavə, elektron protokolda qeyd olunur ki, sürücü «Yol hərəkəti haqqında» qanunun 328.1-ci maddəsinin tələbini pozaraq yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km arası aşıb. Lakin bildirmək istəyirik ki, «Yol hərəkəti haqqında» qanunda 328-ci maddə yoxdur. Bu qanun cəmi 87 maddədən ibarətdir. DYP-nin bir protokolunda 328.1-ci maddə həm «Yol hərəkəti haqqında» qanunun maddəsi kimi göstərilir, həm də İnzibati Xətalar Məcəlləsinin.Həmin protokolun üçüncü abzasına diqqət etsək görərik ki, burada DYP öz səhvini düzəldir və qeyd edir ki, həmin xətaya görə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə cərimə edilir. Amma yenə də protokolda daha bir çatışmazlıq üzə çıxır. Yəni, cərimənin məbləği göstərilmir.
Protokolda qeyd olunur ki, cərimə protokol nömrəsi əsasında poçt, bank və internet vasitəsilə ödənilə bilər. Lakin əksər sürücülər bu cür elektron protokollar aldıqdan sonra banka və poçta getsə də, sistemdə heç nə tapa bilmirlər. Cəriməni DİN-nin [email protected] saytındakı şəxsi bölmə vasitəsilə ödənilməsi də mümkün olmur. Çünki bu funksiya hazırda işlək vəziyyətdə deyil.
Ən vacib məsələlərdən biri də sürücülərə SMS vasitəsilə məlumatın verilməsidir. Məsələn, təqdim etdiyimiz bu elektron protokol [email protected] saytındakı şəxsi bölmədə və asanpay.az-dakı «elektron kabinet»də mövcuddur. Yəni, sürücü bu protokolu hər iki ünvanda görə bilir. Lakin sürücüyə SMS göndərilməyib. Bu isə çatışmazlıqdır və mütləq həllini tapmalıdır. Çünki bütün sürücülər hər gün internetə girmir, amma hər gün mobil telefondan istifadə edirlər. Odur ki, yaxşı olardı ki, qanunun tələbinə əsasən, sürücülərin inzibati xəta haqqında SMS vasitəsilə məlumatlandırılması məsələsi təcili həllini tapsın. Bununla da, sonradan müəyyən problemlər ortaya çıxmasın.