Cəzalar humanistləşdirilir - Həbs cəzası yüngülləşəcək - VİDEO

Azərbaycanda köklü sürətdə hüquqi islahatlar aparılır və cəzalar humanistləşdirilir. Ölkə başçısı tərəfindən fevral ayında imzalanmış sərəncamda göstərilən tövsiyə və tapşırıqlara əsasən, qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi üçün layihələr hazırlanır, o cümlədən məhkəmələr tərəfindən azadlıqdan məhrum etmə cəzalarının verilməsi halları azaldılır. Bu, Ədliyyə Nazirliyinin açıqladığı statistik rəqəmlərdə də özünü göstərir.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, hazırda Azərbaycanda qanunvericilik çox sərtdir və bir çox pozuntulara görə insanlar azadlıqdan məhrum edilir. Bunun dəyişdirilməsi üçün də ciddi islahatlar aparılır.
Əliməmməd Nuriyevin sözlərinə görə, ədliyyə, prokurorluq və məhkəmə orqanlarının əməkdaşlarından ibarət birgə işçi qrupun hazırladığı dəyişiklik təklifində bir sıra maddələr üzrə azadlıqdan məhrumetmə cəzasının alternativ cəzalarla əvəz edilməsi nəzərdə tutulur.
Eyni zamanda, yaxın gələcəkdə ölkəmizdə qanunları pozmuş şəxslərin qollarına xüsusi elektron qolbağlar bağlamaqla, onların hərəkətlərinə və getdikləri ərazilərə nəzarət etmək mümkün olacaq ki, bu da insanları cəmiyyətdən ayırmadan onları islah etməyə imkan verəcək.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










