Dəmir, yoxsa elastik sədlər - VİDEO

Əksər avtomobillərin kabusuna çevrilən dəmir sədlərdən danışırıq. Bir vaxtlar bu sədlər ucbatından ölümə səbəb olan onlarla hadisəyə şahidlik etmişik. Hazırda bu məsələ bütün dünyanın müzakirə mövzusuna çevrilib. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, elastik səddə çırpılan avtomobil deformasiyaya uğrayıb zədələnsə də, yerindəcə qalır. Kənara doğru hərəkət etmir. Eyni zamanda sədd dağılmır və avtomobili kəsib keçmir. Koreyalı mütəxəsislərin hazırladığı videorolikdə qəza zamanı avtomobili və sərnişinləri baş verə biləcək bədbəxt hadisədən maksimum dərəcədə sığortalamaq üçün məhz bu cür səddlərdən istifadə edilməsi təklif edilir. Gözümüz öyrəşən dəmir arakəsmələr isə Bakı-Sumqayıt, Bakı-Qazax, Bakı-Quba yolunda xeyli sayda ölümlə nəticələnən qəzaya səbəb olduğu kimi, dünyanın əksər ölkələrində də oxşar hadisələrin yaşanması ilə yadda qalıb. Elə əksər sürücülər də bunların daha təhlükəsizi ilə əvəzlənməsinin tərəfdarıdır.
"Azəravtayol" ASC-dən bildirildi ki, hazırda Bakı-Quba, Kürdəmir-Yevlax və Bakı-Şamaxı yolunda dəmir arakəsmələr deyil, beton sədlərdən istifadə olunur. Yol təmiri və çəkilişi zamanı da əsasən betondan olan piltələrə üstünlük verilir.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











