Deputat ittiham etdi - "BakuBus" cavab verdi

Milli Məclisin plenar iclası zamanı deputat Fazil Mustafa çıxışında "BakuBus" MMC-nin fəaliyyətini tənqid edib. Tənqid, əsasən, azyaşlı uşaqların gediş haqqı ilə bağlı olub:
"Qanunla 5 yaşına qədər olan uşaqlar ictimai nəqliyyatdan pulsuz istifadə edir. 5-10 yaşlı uşaqlar isə ictimai nəqliyyatdan istifadə edərkən biletin yarısının pulunu ödəməlidir. "BakuBus" son dövrlər bir sıra yeniliklər edib. Ancaq təəssüf ki, MMC-nin sürücüləri 5-10 yaşlı uşaqlardan tam bilet pulunu ödəməyi tələb edirlər. Hesab edirəm ki, bu məsələyə diqqət edilməli, qanunun işləməsi təmin edilməlidir".
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı milli.az-ın sorğusunu cavablandıran "BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, hörmətli deputatın dedikləri köhnə qaydalara aiddir. Həmin qaydalarda isə artıq 7 aydır ki, dəyişiklik edilib. Yeni qaydalara əsasən, şəhərdaxili marşrutlarda 5 yaşdan yuxarı uşaqlara görə tam ödəniş edilməlidir:
"BakuBus" daşıyıcı şirkət olaraq ödəniş və ya bütün yeni qaydaların tətbiq olunmasında yalnız və yalnız bu sahəni tənzimləyən qanunverici bazaya əsaslanır. Bu sahəni tənzimləyən əsas qanunverici baza isə "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2017-ci il tarixli 166 nömrəli Qərarı ilə isə "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na yeni məzmunda əlavələr edilib. Həmin əlavəyə əsasən (6.29-1 ), müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında 5 yaşadək uşaqlar ödənişsiz gedirlər. Yeni düzəlişə görə (6.29), 5 yaşdan 10 yaşadək hər bir uşağa uşaq gediş bileti (şəhərdaxili (rayondaxili) avtobuslar istisna olmaqla) yalnız müntəzəm avtobus marşrutlarına aid edilir. Yəni şəhərdaxili marşrutlarda 5 yaşdan yuxarı bütün uşaqlara görə tam ödəniş edilməlidir".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












