Dəymiş ziyanı ödəyib, azadlıqda qalmaq olar - Sürücülərin DİQQƏTİNƏ! - VİDEO

Əvvəllər yol qəzalarından sonra kiməsə az ağır və ya ağır xəsarət dəyərdisə, onda təqsirkar sürücü azadlıqdan məhrum edilirdi. Sürücü hadisə yerindən yayınardısa bu cəza daha ağır olurdu. Cinayət məcəlləsinə edilən dəyişiklik azadlıqdan məhrum edilmə cəzasını yüngülləşdirib. Amma bunun üçün bir sıra şərtlər tələb edilir. Belə ki, yol qəzalarından sonra bəzi sürücülərin cəzası yüngülləşəcək. Söhbət nəqliyyat hadisələrindən sonra kiməsə ağır və ya az ağır xəsarətin dəydiyi qəzaların təqsirkarı olan sürücülərdən gedir. Əvvəlki qaydalarda belə sürücülər azadlıqdan məhrum edilirdi.
Azadlığın məhdudlaşdırılması bəndi qəzalardan sonra hadisə yerindən qaçan və məsuliyyətdən yayınmağa cəhd göstərən sürücülərə də şamil ediləcək.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu dəyişiklik müəyyən sürücülərə imtiyaz verəcək. Bu isə birmənalı qarşılanmaya bilər. Qarşı tərəfə dəymiş ziyanı ödəyə bilməyən sürücülər isə əvvəlki qaydada xəsarətin dərəcəsindən asılı olaraq azadlıqdan məhrum ediləcəklər. Əgər qəzadan sonra ölüm faktı qeydə alınarsa, istənilən halda azadlıqdan məhrum edilmə cəzası olduğu kimi qalacaq. Yeni qaydalar milli məclis tərəfindən qəbul edilib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












