DİQQƏT! Bu vaxt yol qəzaları daha çox qeydə alınır

"Alimlərin apardığı tədqiqatlar göstərib ki, yol-nəqliyyat hadisələrinin çoxu havanın həddindən artıq isti və ya soyuq olduğu vaxtlarda qeydə alınır. Çünki temperatur azalanda və ya çoxalanda bütün orqanların funksiyaları dəyişir və bu da hadisələrin baş verməsinə səbəb olur. Yağışlı, dumanlı havada isə belə hallar daha az qeydə alınır".
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş terapevti Yaqub Qurbanov bu gün keçirdikləri mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, atmosfer təzyiqinin dəyişməsi insana, onun xüsusilə sinir sisteminə mənfi təsir göstərir: "Sağlam insanlar bununla mübarizə aparır, zəif insanlar isə buna dözə bilmirlər, onlarda diskomfort yaranır".
Y.Qurbanov bildirib ki, Abşeron yarımadasında atmosfer təzyiqi gündə 7-8 dəfə, bəzən 9 dəfə dəyişir. Orqanizm də buna uyğun öz fəaliyyətini dəyişməyə başlayır: "Belə halda ürək də fəaliyyətini 7-8 dəfə dəyişir. Buna görə də kimsə şikayət edir ki, dayandığım yerdə başım ağradı, başım gicəlləndi. Bəzən dayandığın yerdə burunda ifrazat, qıcıqlanma yaranır, asqırma baş verir. Əhali bilməlidir ki, belə hal xəstəlik deyil. Bu, orqanizmin zəifliyi, müqavimət göstərə bilməməsidir. Əlbəttə ki, sadaladığım əlamətlər bəzi xəstəliklərin əlamətidir. Amma insanlar bilməlidir ki, belə hallar həm də atmosfer təzyiqinin dəyişməsi ilə əlaqədar olur. Yaxud bəzən görürsən ki, atmosfer təzyiqinin dəyişməsi nəticəsində bağırsaqlarda qaz artır və nəticədə ağçiyər sıxılır və təngnəfəslik artır. Çox zaman əhali bunu bilmir".
Y.Qurbanov deyib ki, bəzən infarkt, insult keçirən insanlar dincəlmək üçün öz yaşadıqları ərazidən uzaq yerə gedirlər: " Amma bilmək lazımdır ki, infarkt, insult keçirən insanların infarkt, insultun keçirildiyi bölgədən uzaq yerə getməsi məsləhət deyil. Çünki o zaman təzyiq qəfildən yüksələ bilər və təhlükə yarana bilər".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












