Dönər yeyənlərə xəbərdarlıq: “Natəmizlik hökm sürür...”

"Azərbaycanda fəaliyyət göstərən dönərxanaların sanitar-texniki, gigiyenik vəziyyətindən razı deyilik". Avtosfer.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.
O bildirib ki, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamalar dayandırılsa da, müşahidələr dönərxanalarda natəmizliyin hökm sürdüyünü göstərir: "Əsasən də yol kənarlarında fəaliyyət göstərən dönərxanaların vəziyyəti qənaətbəxş deyil. Hazırda Bakı şəhərində 1000-ə yaxın dönərxana fəaliyyət göstərir. Yoxlamaların dayandırılmasından sonra dönərxanaların sayı artıb. Bu məsələdə əhali də diqqətli, tələbkar olmalıdır. Təklif və tələb olanda artıq üçüncü tərəf kənarda qalır. Əhali, xüsusilə də gənclər dönərdən çox istifadə edirlər. Hazırda toyuq ətindən dönər hazırlayanların sayı artıb. Əslində, hər iki ətdən hazırlanan dönərdə problem ola bilər. Toyuq dönərində infeksiya, mal ətindən hazırlanan dönərdə mənşə problemi ortaya çıxa bilər".
İ.Abdullayev at ətindən dönər hazırlanması probleminə də toxunub. O bildirib ki, at ətinin satışının qarşısını almaq üçün bu məsələ qanunvericilikdə əksini tapmalıdır: "Qanunvericilikdə dəyişiklik olmalıdır. Qanunda at əti satan şəxsləri konkret hansı cəzanın gözlədiyi göstərilməlidir. Belə olarsa, həmin insanlar bu addımı atmaqdan çəkinərlər. Əks təqdirdə, cüzi cərimə ödəməklə bu qanunsuz əməllərini davam etdirəcəklər".
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










