Dövlət velosiped yolu saldı, "Favorit" market şəxsi dayanacağa çevirdi - VİDEO

Yeni çəkilən velosiped zolağının üzərində avtomobil dayanacağı salıblar. Nəticədə velosipedçilər yolun hərkət hissəsindən keçmək məcburiyyətində qalıblar. Görüntülər Binəqədi-Novxanı yolundandır.Yolun kənarında yerləşən "Favorit" market velosiped zolağını zəbt edib. Marketə alış-verişə gələnlər avtomobili düz zolağın üzərində saxlayırlar.Nəticədə də velosipedçilər yolun əsas hissəsinə çıxırlar ki, bu da onlar üçün təhlükəlidir.
Ərazidə çəkiliş apardığımız zaman gördük ki, velosiped zolağının silinərək yerində parklanmanın olduğunu bildirən zolaqlar çəkilib. Bu isə velosipedçilərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı həmin marketə üz tutduq. Marketin müdiri Elnur Abışov deyir ki, piyada zolağını qısa zamanda təmizləyəcəklər. Bundan sonra velosiped zolağı bərpa olunub.
Bura isə Yasamal rayonu Şərifzadə küçəsidir. Burada dönərxana fəaliyyət göstərdiyindən obyekt sahibi piyadaların istifadə etdiyi səkiyə oturacaqlar və soyuducu qoyub. Piyadalar isə məcbur olub yoldan istifadə edirlər. Çəkiliş qurupumuzu görüb obyektin işçiləri əl-ayağa düşdülər. İşçilər səkidə olan oturacaqları yığmağa başladılar. Obyekt sahibi vədd etdiki, problem aradan qaldırılacaq.
Piyada səkisinin zəbt olunmasına görə, inzbati xətalar məcəlləsində məsuliyyət nəzərdə tutulub. Bu əmələ görə, fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500, hüquqi şəxslər isə 3-4 min manat məbləğində cərimə edilə bilər.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










