"Dünyanı daha dəhşətli bir müharibə gözləyir" - Ekspert

"Yayılan bu məlumat dünyanın yaxın gələcək üçün daha dəhşətli bir müharibə astanasında olduğunun mesajıdır". Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Böyük Britaniyanın silah istehsalını artırmaq üçün 6 yeni silah zavodu tikmək niyyətini şərh edərkən deyib.
Ekspert qeyd edir ki, İngiltərədə silah zavodları tikilməsilə bağlı məlumatların tirajlanması ilk növbədə Rusiyaya yönəlik xəbərdarlıqdır:
"Çünki Rusiya Ukrayna məsələsində ABŞ-ı neytrallaşdırdığını zənn etdiyindən, Avropaya qarşı daha aqressiv və saymazyana rəftar etməyə başlayıb. Bunun da açıq cizgilərini Avropa dövlətləri və strukturlarını Ukrayna üzrə danışıqlardan kənarlaşdırmaqla bağlı Kremlin ortaya qoyduğu mövqedə görə bilərik".

Həmsöhbətimiz düşünür ki, Böyük Britaniyanın yeni silah zavodları inşa etməsi həmçinin üçüncü dünya müharibəsi kimi xarakterizə ediləcək hərbi münaqişələrin baş verməsi ərəfəsində özünün və müttəfiqlərinin təhlükəsizliyini dəstəkləmək məqsədilə öncədən atılmış addımdır:
"Hər halda belə bir məlumatın yayılmasını dünyanın yaxın gələcək üçün daha dəhşətli bir müharibə astanasında olduğunun mesajı kimi başa düşmək lazımdır. Təəssüf ki, dünya sürətlə üçüncü dünya müharibəsi deyilən növbəti qanlı-qadalı müharibəyə doğru sürüklənir".
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili ölkəsinin yeni silah zavodları tikdiyini bəyan edib. Onun sözlərinə görə, ölkə öz hərbi-sənaye kompleksini inkişaf etdirir və gələcək qarşıdurmaya hazırdır:
"Bu, həmçinin Moskvaya mesajdır. Hökumət altı yeni silah zavodunun tikintisi üçün 1,5 milyard funt-sterlinq ayıracaq".
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










