Düzgün yerə qoyulmayan işıqfor çaşqınlıq yaradır - VİDEO

Balaxanı qəsəbəsindən Zabrat yoluna keçən hissəsində işıqfor elə yerə qoyulub ki, sürücülər çaşbaş düşür. Beləki yolun ortasında olan işıqforun hansı istiqamətə gedənlərə aid olduğu bilinmir. Əslində qanunla bu yolun sağ hissəsindən hərəkət edən sürücülərə işıqforun aidiyyatı yoxdur. Buna baxmayaraq işıqforu gözləməyən sürücülər cərimələnirlər.
Bu yolda hərəkət edən sürücülər ya qanunları bilmədiyindən gözləyirlər, ya da cərimələnməkdən çəkinirlər. Baxmayaraq ki,təhlükəsizlik adacığında olan işıqforun sağ tərəflə hərəkət edən sürücülərə heçbir aidiyyatı yoxdu,amma onlar yenə də yaşıl işığı gözləyirlər.
Sürücülərin demək olar ki ,hamısı işıqforun qırmızı işığında dayanır. Baxmayaraq ki, həmin yolda olan "stop" nişanı onlara icazə verir ki, solu gözləyib rahat keçsinlər. Sürücülər isə işıqforun qırmızı işığını gözləməyib keçəndə cərimələndiklərini deyirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, yolun həmin hissəsində işıqforun qırmızı işığında keçdiyinə görə heç kim sürücünü cərimələyə bilməz. Çünki işıqfor yolun sol tərəfinə aiddir.
Ekspertin fikrincə problemi aradan qaldırmaq üçün həmin yola əlavə yol ver nişanı qoyulmalı ya da işıqforun yerini dəyişərək sağ tərəfə keçirməklə hər iki hissəyə aid edilməlidir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












