DYP-nin bir protokolunda ən azı 5 səhv tapıldı - FOTOLAR

Sürücülərin asanpay.az saytındakı «elektron kabinet»inə və Daxili İşlər Nazirliyinin [email protected] saytındakı şəxsi bölməsinə yerləşdirilən elektron protokllarda bir sıra nöqsanlar var. Avtosfer.az-ın məlumatına görə, ilk növbədə, həmin protokollarda inzibati xətanın törədildiyi saat dəqiq göstərilmir. Məsələn, protokolda qeyd olunur ki, inzibati xəta 11.04.2016-cı ildə, saat 00.00-da törədilib. Lakin elektron kabinetə əlavə olunan fotolara baxdıqda görürük ki, xəta günün günorta çağı törədilib. Qısa bir araşdırma aparıb öyrəndik ki, Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi əksər elektron protokollar elə bu gündədir. Yəni, hamısında saat 00.00 yazılır. Bu isə doğru yanaşma deyil.
Bundan əlavə, elektron protokolda qeyd olunur ki, sürücü «Yol hərəkəti haqqında» qanunun 328.1-ci maddəsinin tələbini pozaraq yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km arası aşıb. Lakin bildirmək istəyirik ki, «Yol hərəkəti haqqında» qanunda 328-ci maddə yoxdur. Bu qanun cəmi 87 maddədən ibarətdir. DYP-nin bir protokolunda 328.1-ci maddə həm «Yol hərəkəti haqqında» qanunun maddəsi kimi göstərilir, həm də İnzibati Xətalar Məcəlləsinin.
Həmin protokolun üçüncü abzasına diqqət etsək görərik ki, burada DYP öz səhvini düzəldir və qeyd edir ki, həmin xətaya görə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə cərimə edilir. Amma yenə də protokolda daha bir çatışmazlıq üzə çıxır. Yəni, cərimənin məbləği göstərilmir.
Protokolda qeyd olunur ki, cərimə protokol nömrəsi əsasında poçt, bank və internet vasitəsilə ödənilə bilər. Lakin əksər sürücülər bu cür elektron protokollar aldıqdan sonra banka və poçta getsə də, sistemdə heç nə tapa bilmirlər. Cəriməni DİN-nin [email protected] saytındakı şəxsi bölmə vasitəsilə ödənilməsi də mümkün olmur. Çünki bu funksiya hazırda işlək vəziyyətdə deyil.
Ən vacib məsələlərdən biri də sürücülərə SMS vasitəsilə məlumatın verilməsidir. Məsələn, təqdim etdiyimiz bu elektron protokol [email protected] saytındakı şəxsi bölmədə və asanpay.az-dakı «elektron kabinet»də mövcuddur. Yəni, sürücü bu protokolu hər iki ünvanda görə bilir. Lakin sürücüyə SMS göndərilməyib. Bu isə çatışmazlıqdır və mütləq həllini tapmalıdır. Çünki bütün sürücülər hər gün internetə girmir, amma hər gün mobil telefondan istifadə edirlər. Odur ki, yaxşı olardı ki, qanunun tələbinə əsasən, sürücülərin inzibati xəta haqqında SMS vasitəsilə məlumatlandırılması məsələsi təcili həllini tapsın. Bununla da, sonradan müəyyən problemlər ortaya çıxmasın.
Ümid edirik ki, Avtosfer.az-ın elektron protokollarda aşkarladığı bu çatışmazlıqlar tezliklə aradan qaldırılacaq və səlahiyyətli orqanlar bu yazını qərəz kimi yox, faydalı təklif və dəstək kimi qəbul edəcəklər…
Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















