DYP və «Azəravtoyol» nəyə və kimə gülür? - FOTO

Bakı-Ələt-Qazax -Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 496-cı kilometrində (Yuxarı Salahlı kəndi ilə Kəmərli kəndinə gedən yolun kəsişməsində) 2.5 və ardında 2.4 nişanı qoyulub. Avtosfer.az bildirir ki, yol hərəkətinin təşkilində nişanların belə tətbiq olunması nəzərdə tutulmayıb. Bunun bir adı var; "Bekarçılıqdan yolları nişanlarla bəzəmək". Burada sürücüyə deyilir ki, dayanmadan keçmək olmaz. Ardınca isə sürücüyə deyilir ki, yol ver. Bu o deməkdir ki, ay sürücü, dayan, sonra yenə dayan.
Mən bu nişanlar barədə keçən il «Azəravtoyol» ASC-yə şikayət etmişdim. Amma bu il çəkdiyim şəkildən görünür ki ərizəmə reaksiya verməyiblər. Çox heyif.
İkinci nişan isə Ağstafa rayonunun Poylu qəsəbəsindədir. Ceyrançöl düzündən gəlib Poylu qəsəbəsinə daxil olan nöqtədə 2.4 nişanını tərsinə qoyublar. Bu da biabırçılıqdır. “Azəravtoyol” ASC-dən xahiş edirik ki, qeyd edilən problemlərin həll olunması üçün köməklik göstərsinlər.
Məsələnin maraqlı tərəfləri var və bunu da qeyd etmək yerinə düşər. Bu cür problemlərlə tez-tez rastlaşırıq. «Azəravtoyol»a deyəndə, onlar gülür ki, bu nişanı hansı savadsız qoyub ora? Dövlət Yol Polisi İdarəsinə göstərəndə onlar da gülür ki, bunu hansı savadsız qoyub? Görəsən, kim kimə gülür və yaxud, əslində, kimə gülmək lazımdır?
Bu gün "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Avtosfer.az-a bildirdi ki, artıq problem həll olunub və "Stop" nişanı götürülüb, digər nişanı isə düzəldiblər. Bununla bağlı fotoları təqdim edirik:
Təbriz Yusubov
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















