Əksər sürücülər maşını belə sürür – Qayda pozuntusudur - VİDEO

Avqustun 28-də Dövlət Bayrağı Meydanından Bibiheybətə gedən yolda qəza şəraiti yaradan sürücünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. İdarə etdiyi "Ford" markalı 99-HF-740 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü yolayrıcında sağa dönən zaman orta zolaqdan birbaşa sağ zolağa keçərək həmin zolaqda hərəkət edən sürücüyə qəza şəraiti yaradıb. Qəza şəraitinə düşən sürücü Avtosfer.az-a bildirib ki, həmin vaxt "Ford" markalı avtomobili saxlatdıraraq ona irad bildirən zaman sürücü özünü günahsız sayaraq qaydaları pozmadığını bildirib. Lakin videodan da aydın görünür ki, qaydaları pozan "Ford"un sürücüsüdür. Bəzi sürücülər elə zənn edir ki, dönmə siqnalının yandırmaq onlara hansısa üstünlük verir. Lakin qaydalarda və qanunda da göstərilir ki, sürücü yerdəyişmə edən zaman eyni istiqamətdə hərəkən edən nəqliyyat vasitələrinə yol verməlidir. Bundan başqa, dönmə siqnalı sürücüyə heç bir üstünlük vermir. Dönmə siqnalı yerdəyişməyə və ya dönməyə başlamazdan əvvəl verilməlidir. Sürücü dönəcəyi istiqamət üzrə ən sağ və ya ən sol zolağı tutmalıdır.
Həmin sürücü bu qayda pozuntusuna görə 40 manat cərimə oluna bilər. Çünki manevr qaydalarını pozub.
Elmin
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










