Ekspert AA seriyalı maşınlarla bağlı ŞOK FAKTLAR AÇIQLADI

“Bakı küçələrində və ölkənin yollarında nömrələri əsasən "A" hərfi ilə başlayan "miqalkalı-sirenalı" avtomobillərin sayı artır. Əksəriyyəti dövlət orqanlarının olsa da, özəl quqrumlara aid olanlar da var”. Bu fikirləri yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib. Onun sözlərinə görə, ən pisi odur ki, belə avtomobilləri idarə edənlər qaydalara məhəl qoymurlar - daha çox əks istiqamətə çıxırlar, qırmızı işıqdan keçirlər: “Son vaxtalar Silahlı Qüvvələrə aid xidməti minik avtomobillərində də belə intizamsızlıqlar çoxalıb. Amma belə olmaz, bunun qarşısı alınmalıdır. Bu, pis nümunədir. Kəskin yoluxucu xəstəlik kimi yayılır. "X" idarəsinin müdürünün belə avtomobillə gəzdiyini görən "У" idarəsinin müdüri də belə avtomobildən ötəri hər şeyindən keçməyə hazır olur. Ümumi nəticədə isə xaos, özbaşınalıq artır.
Qanuna əsasən, DYP-də xüsusi qeydiyyata alınan operativ nəqliyyat vasitələrində həmin xüsusi işıq və səs siqnalları ola bilər. Başqa heç bir avtomobildə, hətta məsələn, polis rəisinin operativ tapşırıqların yerinə yetirilməsində istifadə üçün nəzərdə tutulmayan xidməti avtomobilində həmin işıq və səs siqnalı ola bilməz.
Ölkədə nizam-intizam belə zahirən əhəmiyyətsiz görünən şeylərdən başlayır əslində.
Bununla bağlı maraqlı bir xatırlatmam var. Qərbi Avropa ölkələrinin əksəriyyəti kimi İspaniyada da 1960-cı illərin sonu - 70 ci illərin əvvəli yollarda intizamsızlıq, xaos, qəzalar və ölümlər dözülməz həddə çatıbmış. Çıxış yollarının müzakirəsi zamanı İspaniya diktatoru, Generalissimumus Franko polis şefinə deyir ki, hətta mənim xidməti avtomobilim və onu müşayiət edənlər qırmızı işıqda dayanmasalar, cərimələ. Cərimələməsən, səni cəzalandıracam. Nəticədə hazırkı İspaniya dünyada yol hərəkəti təhlükəsizliyi səviyyəsi ən yaxşı olan 4 dövlətdən biridir. Özü də o İspaniya ki, öz əhalisinin sayı təxminən 47 milyon, hər il qəbul etdiyi turistlərin sayı isə orta hesabla 70-75 milyon nəfərdir”.
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












