Ekspert avtomobil həvəskarlarına səsləndi: "Elektromobilləri seçin

Avtomobillərin, xüsusən də mühərrikinin iş həcmi böyük olan avtomobillərin idxalı ilə bağlı rüsum və vergilər artmaqda davam edir. Bu, dövlətin iqtisadi maraqları ilə bağlı məsələdir, onu iqtisadçıların öhdəsinə buraxaq...
Mən isə avtomobillərə aid müxtəlif sahələrdə biznes quranlara və avtomobil əldə etmək istəyənlərə bir tövsiyə vermək istərdim.
Hörmətli biznesmenlər və avtomobil həvəskarları, yubanmadan hədəfiniz olaraq elektromobilləri seçin. Lap yaxın perspektivdə bütün dünyada onlar populyar olacaq. Kim qabağa düşsə, udacaq. Nəzərə alın ki, hazırda ölkəmizə avtomobil idxalı ilə bağlı aksiz vergisi və gömrük rüsumu mühərrikin iş həcmi ilə hesablanır. Elektromobildə isə daxili yanma mühərriki olmadığından həmin vergi və rüsumlar yox dərəcəsindədir. Sadəcə olaraq onlara texniki qulluq infrastrukturu və enerji təminatını qurmaq, bu nəqliyyatı populyarlaşdırmaq lazımmdır. Düzdür, hələlik belə avtomobillər bahadır, amma inkişaf ucuzlaşmaya doğru gedəcək. Bu labüddür.
Şəxsən mən hələ 9 il öncə indi istifadə etdiyim avtonu alanda dostlara yarızarafat demişdim ki, növbəti avtomobilim, qismət olsa, elektromobil olacaq. İndi baxıram ki, bu gerçəkliyə oxşamağa başlayıb.
Nəzərə alın ki, ölkəmizdə avtomobilləşmə səviyyəsi cəmi 15% civarındadır. Potensial olara bu rəqəm 60%-ə çata bilər. Yəni ölkəmizin avtomobilləşməsi hələ qabaqdadır...
Ərşad Hüseynov
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










