Ekspert deputatın təklifinə qarşı çıxdı - "Hamısı bu mərkəzdən idarə olunsun"

Milli Məclisin son iclasında millət vəkili Çingiz Qənizadə yağışlı günlərdə işıqforların fəliyyətində yaranan problemlə bağlı tənqidi fikirlər səsləndirib, işıqforların fəaliyyətinə nəzarətin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən deyil, DYP tərəfindən həyata keçirilməsinin daha məqsədəuyğun olduğunu bildirib. Bundan başqa, millət vəkili iki qurum arasında operativ əlaqənin olmadığını da vurğulayıb.
Moderator.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “İki qurum arasında lazımınca əlaqə, qarşılıqlı fəaliyyət var. Mən bu məsələ ilə maraqlanmışam. Sözügedən qurumlar arasında əlaqə problemi yoxdur. Əlaqələr normaldır. Təbii ki, bu əlaqələr daha da yaxşılaşsa, məqsədəuyğun olar. Biz arzulayırıq ki, bu münasibətlər daha yaxşı və daha çevik olsun. Amma problem başqa məsələdədir. Bakı şəhərində mövcud olan işıqforların yarısı NİİM tərəfindən idarə olunur. Amma yarısı ənənəvi qaydada, müəyyən edilmiş rejimlə işləyir. NİİM-nə qoşulan işıqforların iş rejiminə müdaxilə etmək olur. Amma digər qisim işıqforların fəaliyyətinə müdaxilə etmək olmur. Bunun üçün gərək onların yanına gedəsən. Yaxşı olar ki, bu işıqforlar da NİİM-n qoşulsun. Hamısı bu mərkəzdən idarə olunsun. DYP ərazidə canlı olaraq xidmət edir. NİİM-nin isə texnikası fəaliyyət göstərir. Problem yaranan zaman tərəflər bir-birləri il əlaqə yaradanda onu ortadan qaldırmaq üçün çevik qərar qəbul lazım olur. Problem belə tənzimlənməlidir. Yağış yağan zaman bəzi işıqforlarda ona görə problem yaranır, onların kommunikasiyasında qüsurlar yaranır. Məsələn, hansısa işıqforun kabelində problem olur və ora su dəyəndə onun fəaliyyətində problem yaranır. Bu isə artıq mühəndis-texniki işdir, idarəetmə işi deyi. Bu çatışmazlıqları aradan qaldırmaq lazımdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












