Ekspert sürücülük vəsiqəsinin alınmasındakı yenilikdən danışdı – VİDEO

Sürücülük vəsiqəsinin alınmasında bəzi dəyişikliklər ediləcək. Avtosfer.az xəbər verir ki, CE, D, və DE kateqoryalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir. Bununla bağlı təkliflər artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında qəbul edilib və plenar iclasın gündəliyinə salınıb.
Təkliflər arasında ən maraqlısı avtobus idarə edən sürücülərə aiddir. İctimai nəqliyyatda baş verən hadisələri aradan qaldırmaq məqsədi ilə bu nəqliyyat vasitəsinin sürücülərinin yaş həddi artırılacaq. Yəni əvvəllər avtobus idarə etmək üçün sürücüdən minimum 3 il təcrübə və 21 yaşının olması tələb edilirdisə, indi müddətlər artırılıb.
Bundan başqa, D kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ maksimum 65 yaşadək olacaq. Yəni 65 yaşı keçmiş şəxs avtobus idarə edə bilməz. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu təklifin yanlış olduğunu deyib. Onun fikrincə, bu dəyişiklik yalnız ictimai nəqliyyata tətbiq olunmalıdır.
Digər əlavə isə DE kateqoriyası ilə bağlıdır. Qoşqulu avtomobil idarə etmək üçün yaş həddi 26-dan 65-ə qədər olacaq. Bundan əlavə, belə sürücülərdən ən az 3 il təcrübə tələb olunacaq.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










