Ekspert: “Yeni nazirliyin yaradılması nəqliyyat-rabitə sektorunda irəliyə atılmış addımdır”

"Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncamı həm dövlət idarəçiliyində, həm də nəqliyyat-rabitə sektorunda irəliyə atılmış bir addımdır, yeni mərhələdir". Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a ekspert Ərşad Hüseynov deyib. O qeyd edib ki, bəzi xarici ölkələrdə bu praktika var. Həmin modelin Azərbaycanda tətbiq edilməsi müsbət haldır, çünki bu iki qurum bir-birinə yaxındırlar". Ekspert vurğulayıb ki, yeni nazirliyin yaradılması ilə nəqliyyat sektorunda indiyə qədər, hətta sovet dövründən yığılıb qalan xeyli problemlərin real həlli üçün şans yaranır: "Ölkəboyu ictimai nəqliyyatda, avtomobillə yükdaşımalarda nizam-intizamın yaradılması, yolların tikintisi, saxlanılması sahəsində yeniliklər gözlənilir. Bu sahələr müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır".
Ə.Hüseynov bildirib ki, hər iki nazirlikdə öz sahəsini bilən kifayət qədər savadlı kadrlar var, onlar da yeni yaranan nazirliyə cəlb ediləcək: "İki qurum birləşdirilirsə, bu o deməkdir ki, həmin qurumların ayrı-ayrılıqda fəaliyyətləri mövcud deyil. Bu, ləğvolunma deyil, birləşdirilməlidir. Yeni nazirliyin strukturu, ştatları, əsasnaməsi hazırlanacaq".
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.
Sərəncama əsasən Nazirlər Kabineti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflər iki ay müddətində hazırlanıb dövlət başçısına təqdim olunacaq. Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılması üç ay müddətində təmin edilib Prezidentə məlumat veriləcək.
Bundan başqa, Sərəncama əsasən Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










