Ekspertdən sos: "Avtobus sürücülərinin sağlamlığına diqqət yetirilmir"

"Sərnişindaşıma qaydalarına görə, səhər saatlarında sürücüləri xəttə ötürən zaman mütləq onlar müayinədən keçirilməlidir”. Avtosfer.az xəbər verir ki, bunu "Sherg.az”a Bakıda avtobus sürücüsünün sükan arxasında infarkt keçirərək zəncirvari qəzaya səbəb olmasından danışarkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. O vurğulayıb ki, kütləvi halda sürücülərin sağlamlığına diqqət yetirilmir:

"Ümumi vəziyyət yoxlanılır, lakin dərindən onların tibbi sağlamlığını yoxlamaq çətin olur. Ona görə, bəzən belə gözlənilməz hadisələr baş verir.
Hansısa marşrutlarda belə hallar çox olubsa, buna ciddi nəzarət etmək lazımdır. Hər bir sürücü özü özlüyündə məsuliyyətli olmalı, sağlamlıq problemləri ilə bağlı şirkəti məlumatlandırmalıdır. Çünki başlıca olaraq, sürücülər sərnişinlərin həyatı üçün məsuliyyət daşıyır. Onlar sağlamlıqlarının hər zaman qayğısına qalmalıdırlar.
Ciddi sağlamlıq məsələsindən çox maarifləndirmə önə çəkilməlidir. Çünki hər bir insan ürək tutmasını əvvəldən hiss etsə, mütləq bildirər. Elə insanlar var ki, gözləmədiyi anda bu problemlə qarşılaşır. Belə hallar təsadüfi xarakter daşıyır, heç kim sığortalanmayıb. Ancaq təcrübəli sürücülər özünü narahat hiss etdikdə təhlükəsizlik tədbiri alaraq, avtobusu kənara çəkir və ya başqa cür addımlar atırlar”.
Qeyd edək ki, 90 XX 135 dövlət nişanlı 202 nömrəli avtobusun sürücüsü özünü itirərək yolun kənarında olan VAZ 2104 markalı avtomobili vurub.
Daha sonra isə avtobus sürücüsü yolun kənarında olan "Hyundai" markalı avtomobili 200 metr sürüyüb. "Hyundai" markalı avtomobil isə yol düzəldən maşına çırpılaraq dayanıb. Hadisə şahidləri bildirib ki, avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Avtobus sürücüsünün infarkt keçirdiyi bildirilir. Ona ilkin tibbi yardım göstərilib.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










