Ekspertdən velosiped qalmaqalına reaksiya – “Qanunda boşluqlar var”

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bazar günü Bakıda velosipedçilərlə yol polisi arasında yaranmış insidentə münasibət bildirib. Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, DYP-nin velosipedi cərimə meydançasına aparması düzgün deyil. Nəzəri olaraq, yalnız sərxoş velosipedçi qaydaları pozarsa, velosipedi idarə etməkdəm kənarlaşdırılmalıdır. Amma bu halda velosipedi cərimə meydançasına qoymaq təcrübi baxımdan düz deyil, çünki avtomobil və motosikletdən fərqli olaraq velosipedin nömrəsi, onun sahibinin bu barədə sənədi (texposport kimi) olmur. Ona görə də həmin velosipedin kimin olması, kimə qaytarılması mübahisə doğurar: “Bizdəki cərimə meydançaları da velosipedi saxlama şəraitinə malik deyil. Bu səbəbdən hətta göstərdiyim halda da belə velosipedçiyə deyilməlidir ki, velosipedi sürmədən özün yoldan yığışdır (səki ilə itələyib apar, başqasını çağır sürsün və s.).
Bundan başqa, Ərşad Hüseynov bildirib ki, aeroport yolu dediyimiz yol avtomagistral olmadığından orada velosipedlə hərəkət hüquqi olaraq qadağan deyil, sadəcə çox təhlükəlidir: “Eyni zamanda, velosipedlərin bu tipli yollarda hərəkətinin çox aydın qaydaları var: "Yol hərəkəti haqqında" Qanunun 46-cı maddəsinin I hissəsində deyilir:
I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.
İdmançı velosipedçilərin qrup halında hərəkət vaxtı bu qaydaları pozması ehtimalı böyükdür. Çünki onlar bəzən 2 və daha çox cərgə ilə, özü də hamısı birlikdə gedirlər.
Əvvəlki bənddə nəzərdə tutulan qaydaları pozan velosipedçiləri aşakar edən DYP əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini təlb etməlidir. Amma məhz 2 və daha çox cərgə ilə getməyə, yaxud dəstələrə bölünməmiş getməyə görə cərimə nəzərdə tutulmur. Bu, bizim qanundakı boşluqlarıdır. Velosiped nəqliyyat növü kimi populyar olmadığından belə problemlər hələ gözə dəymir.
Məhz dünənki söz-söhbətin nədən ibarət olduğunu, velosipedçilər qrupunun göstərilən qaydaları pozub-pozmadığını DYP-dən soruşun”.
Qeyd edək ki, bazar günü Azərbaycan yığmasının və "Synergy Baku" klubunun velosipedçiləri aeroport yolundakı trasda məşq zamanı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. İdmançılar və onları müşayiət edən avtomobili Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərilib.
Elmin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?











